Fərid Əhmədov (hüquqşünas)

Fərid Turab oğlu Əhmədov (14 iyul 1979, Bakı) – Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini (2022),[1] Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri (2021–2022),[2] Azərbaycan Universitetinin rektoru (2015–2017),[3] hüquq elmləri üzrə fəlsəfə doktoru.

Fərid Əhmədov
Vəzifədədir
24 may 2022-ci ildən
Vəzifədədir
12 mart 2021-ci ildən
2015 – 2017
Şəxsi məlumatlar
Doğum tarixi 14 iyul 1979(1979-07-14) (44 yaş)
Doğum yeri
Təhsili
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Fərid Əhmədov 14 iyul 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə Bakı şəhəri 43 saylı liseyi bitirmişdir.

Ali təhsili[redaktə | mənbəni redaktə et]

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili almışdır.

2002–2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində, "British Chevening" təqaüdü ilə beynəlxalq insan hüquqları üzrə magistr təhsili almışdır.

2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olmuş, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

2016-cı ildə Oksford Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi almışdır.

Azərbaycan, rus və ingilis dillərini bilir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, üç övladı var.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Elmi-pedaqoji fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2004–2008-ci illərdə Bakı Dövlət Universitetində, 2009–2011-ci illərdə seminar müəllimi kimi Oksford Universitetində, 2011–2014-cü illərdə isə baş müəllim kimi "ADA" Universitetində hüquq sahəsi üzrə elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyətinə 2000-ci ildə "Ədalət" hüquq şirkətində hüquqşünas kimi başlamış və 2004-cü ilə kimi burada fəaliyyət göstərmişdir.

2004–2006-cı illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Beynəlxalq Hüquq şöbəsində böyük məsləhətçi, 2006–2007-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır.

2007–2008-ci illərdə "LegCon Group" hüquq şirkətində baş hüquqşünas kimi fəaliyyətini davam etdirmiş, 2014-cü ildə "BM Morrison Partners" hüquq şirkətində Məhkəmə təcrübəsinin rəhbəri vəzifəsində çalışmışdır.

2015–2017-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2017–2020-ci illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.

12 mart 2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri, 24 may 2022-ci ildə isə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin olunmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "F.T.Əhmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". azertag.az (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 24.05.2022. 25 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2022.
  2. "Nazir Rəşad Nəbiyev özünə yeni müşavir təyin edib". apa.az (az.). Azəri Press Agentliyi. 12 mart 2021. 2021-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2021.
  3. "Fərid Əhmədov vəzifədən getdi – Yerinə qadın təyin edildi". qafqazinfo.az (az.). 13 mart 2017. 2021-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2021.