Fərid Dadaşov

Dadaşov Fərid Həsən oğlu — görkəmli alim-geoloq, pedaqoq, elmi təşkilatçı və elmi biliklərin təbliğatçısı. Geologiya-mineralogiya elmləri doktoru, professor.

Fərid Dadaşov
Doğum tarixi 12 yanvar 1930(1930-01-12)
Doğum yeri
Vəfat tarixi 8 dekabr 2021(2021-12-08) (91 yaşında)
Elmi dərəcəsi
Təhsili
Mükafatları "Şöhrət" ordeni "Şərəf nişanı" ordeni
Azərbaycan SSR Dövlət mükafatı — 1989 Azərbaycan Respublikasının Dövlət mükafatı — 2010 "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 1991

Dadaşov Fərid Həsən oğlu 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1952-ci mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. 1952–1954-cü illərdə AzSİ-nin aspiranturasında oxumuş, "Neft yataqlarının geologiyası" kafedrasında işləmişdir. 1955-ci ildə "Bakı arxipelağının Səngaçal burnundan Gil adasına qədər olan şimal hissəsinin geoloji quruluşu və neft-qazlılıq perspektivliyi" mövzusunda namizədlik, 1965-ci ildə isə "Azərbaycanın karbohidrogen qazları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləyir. 1977–1984-cü illərdə Geologiya İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir. "Neft və qaz yataqlarının genezisi və əmələgəlməsi" şöbəsinin rəhbəridir.[1]

Elmi fəaliyyət

[redaktə | mənbəni redaktə et]

Elmi fəaliyyəti — təbii qazların geologiyası və geokimyası, palçıq vulkanizmi, neft-qaz yataqlarını geologiyası, axtarışı və kəşfiyyatı ilə bağlıdır. O, neft-qaz geologiyası və geokimyası sahəsində, təbii qazların tədqiqatı üzrə görkəmli alimdir. Azərbaycanın və Xəzər dənizinin neftli-qazlı rayonlarının karbohidrogen qazlarının dəyişməsi qanunauyğunluğunu müəyyən etmiş, hidrosferin qazlarını öyrənmək üçün yeni üsul təklif etmiş, neft-qaz-toplanma zonalarının qazgeokimyəvi kriterilərini işləyib hazırlamışdır. Nəzəri işləmələri neft, qaz, sulfid yataqları axtarışında, hidrotexniki, mülki və sənaye obyektlərin tikintilərində, ekologiya sahələrində tətbiq edilmişdir.

Günəşli neft yatağını ilk kəşf edənlərdəndir. 1988-ci ildə "Azərbaycan SSR-in neft və qaz yataqları və perspektiv strukturları xəritəsi"nə görə Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür.[2] "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.

300-dən çox elmi işin, 8 monoqrafiyanın, 3 müəlliflik şəhadətnaməsinin müəllifidir. "Azərbaycanın geokimyəvi anomaliyaları", "Azərbaycanın neft-qaz yataqları və perspektivli sahələri", "Xəzər dənizinin palçıq vulkanları", "Azərbaycanın neft və qaz ehtiyatlarının xəritəsi", "Azərbaycanın təbii qazları" xəritələrin müəlliflərindən biridir.

15 il ərzində doktorluq dərəcəsi vermək üzrə Elmi Şuranın sədri olmuşdur. 18 geologiya-mineralogiya elmləri namizədi, 3 elmlər doktoru hazırlamışdır.

  • "Azərbaycanın geoloq və geofizik alimləri" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2004, 362 s.''
  1. http://gia.az/view.php?lang=az&menu=person&jur_id=0&id=26[ölü keçid]
  2. "Arxivlənmiş surət". 2017-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-23.