Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Fərid Adil oğlu Məmmədov (25 iyun 1974, Bakı) — sahibkar, Tərəqqi medalı mükafatçısı[1], "Caspian Event Organisers" şirkətinin baş direktoru, "Iteca Caspian LLC" şirkətinin icraçı direktoru, "Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri,[2] Azərbaycan Avtomobil Federasiyasının vitse prezidenti.[3]
Fərid Məmmədov | |
---|---|
Doğum tarixi | 25 iyun 1974 (50 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | Suzanna Burezgi Monsef qızı |
Uşaqları |
Ayşa Məmmədli Səlimə Məmmədli |
Atası | Adil Sərxan oğlu Məmmədov |
Anası | Almaz İsmayıl qızı Məmmədova |
Təhsili | Azərbaycan Dövlət İqtisad Universiteti |
Mükafatları |
Fərid Məmmədov 25 iyun 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə orta məktəbə getmiş 1991-ci ildə bitirmişdir. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın Dövlət Tərəfindən Tənzimlənməsi ixtisasına daxil olmuşdur. 1992-ci ilin aprel ayından Material Ehtiyatları Nazirliyində çalışmağa başlamışdır. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir.[3] Fərid Məmmədov 1992–1994-cü illərdə hərbi qulluqdan qayıtmış və təhsilini davam etdirmişdir, eyni zamanda Material Ehtiyatları Nazirliyində 2000-ci ilədək çalışmışdır.
Fərid Məmmədov peşəkar avtomobil idmançısıdır. O yerli və beynəlxalq yarışlarda müxtəlif mükafatlar qazanmışdır.
Ailəlidir, iki övladı var.
1992–2000-ci illərdə Material Ehtiyatları Nazirliyində iqtisadçı/mühasib, 1999–2000-ci illərdə isə "ITE Group Plc" şirkətində məsləhətçi vəzifəsində işləyib.
2000-ci ildən etibarən Iteca Caspian LLC[4] icraçı direktor vəzifəsini icra edir. 2007-ci ildə Beynəlxalq Sərgilər Assosiasiyası (UFİ) tərəfindən tanınan və təşkil olunan Sərgilərin Təşkili və İdarə edilməsi sahəsində təhsil alıb. 2014-cü ildən isə Caspian Event Organisers[5] şirkətinin baş direktorudur.[6] 2023-cü ilin noyabr ayından etibarən Azərbaycan Avtomobil Federasiyasının vitse prezidenti vəzifəsini və "Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri[6][7] vəzifəsini icra edir.
2024-cü il aprelin 24-də Bakıda "Azərbaycan-Başqırdıstan" biznes forumu çərçivəsində "Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası" və Başqırd Sərgi Şirkəti arasında əməkdaşlıq sazişləri imzalayıb.[8]
№ | Üzvlük illəri | Təşkilatın adı |
---|---|---|
1 | 2004 - | Caspian European Club |
2 | 2005 - | Beynəlxalq Sərgilər Assosiasiyası (UFI) |
3 | 2005 - | Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransının təşkilat komitəsi |
4 | 2010 - | "Baku Nobel Oil Club" biznes klubu |
5 | 2014 - | Azərbaycan Avtomobil Federasiyası (AAF) |