Nəriman İsayev

Nəriman Ağaxan oğlu İsayev (27 iyul 1930, Bakı10 iyun 1988) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi, Azərbaycan SSR tikinti materialları sənayesi naziri (1976–1981).

Nəriman İsayev
bayraq
Azərbaycan SSR tikinti materialları sənayesi naziri
bayraq2
16 iyun 1976 – 3 fevral 1981
ƏvvəlkiFərid Musabəyov
SonrakıRamiz Sadıqov
bayraq
Azərbaycan SSR avtomobil yolları tikintisi və istismarı nazirinin müavini
bayraq2
1981 – 1986
bayraq
Azərbaycan SSR Nazirlər Soveti Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi
bayraq2
12 dekabr 1969 – 16 iyun 1976
ƏvvəlkiQurban Sultanov
SonrakıTelman Kazımov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (57 yaşında)
Dəfn yeri
Partiya Sov.İKP (1955)

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni
"Azərbaycan SSR əməkdar inşaatçısı" fəxri adı
isayevler.biz

Nəriman Ağaxan oğlu İsayev 27 iyul 1930-cu ildə Bakıda qulluqçu ailəsində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra bir sıra mühəndis vəzifələrində işləmişdir.[1] 1953–1960-cı illərdə Dövlət Dəniz Qurğularını Layihələşdirmə İnstitutunun kiçik elmi işçisi, Azərbaycan Dəniz Neft Qurğuları Tikintisi Tresti şöbəsinin böyük mühəndis-elektriki, dəmir-beton məmulatları zavodunun direktoru olmuşdur. 1961–1969-cu illərdə "Azərkommunalenerji", "Azərelektroquraşdırma", "Azərsənayeelektroquraşdırma" trestlərinin müdiri, Baş Qaz Təsərrüfatı İdarəsinin birinci müavini işləmişdir.[2]

1969-cu ildən Azərbaycan SSR Nazirlər Sovetinin Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi, 1976-cı ildən Azərbaycan SSR tikinti materialları sənayesi naziri, 1981-ci ildən 1986-cı ilədək isə Azərbaycan SSR avtomobil yolları tikintisi və istismarı nazirinin müavini, SSRİ Neft və Qaz Sənayesi Müəssisələri Tikintisi Nazirliyi "Azərborukəmərtikinti" trestinin müdiri işləmişdir. 1986-cı ildə o, Bakı şəhər elektrik şəbəkəsinin direktoru təyin edilmiş və ömrünün son günlərinədək burada çalışmışdır.[1][3]

Nəriman İsayev 1955-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin VIII, IXX çağırış deputatı, Azərbaycan Kommunist Partiyasının XXVIII və XXIX qurultaylarında Azərbaycan KP Təftiş Komissiyasının üzvü seçilmişdir. O, 10 iyun 1988-ci ildə vəfat etmişdir.[1]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 Н. А. Исајев // Коммунист. № 137 (20605). 11 ијун 1988-ҹи ил. С. 3.
  2. Исајев Нәриман Ағахан оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1982. С. 190.
  3. Bəhram İbrahimov; Zərbalı Mirzə. İsayev Nəriman Ağaxan oğlu // Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE). I cild. Bakı: Yeni Poliqrafist. 2011. səh. 177.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]