Fərid Bayram oğlu Pərdəşünas ({{DVTY}} şablonu boşdur) — Azərbaycanlı təşəbbüskar, jurnalist və texno-bloqqer. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın daimi və Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü. Hazırda Technote Media Şirkətinin təsisçisi və rəhbəridir.
Fərid Pərdəşünas | |
---|---|
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Dünya İqtisadiyyatı |
Fəaliyyəti | Jurnalist, Sahibkar |
Tanınır | Texnobloqqer |
Mükafatları | • Gənclər üzrə Prezident Mükafatı (2021) • İlin Könüllüsü medalı (2020) |
Fərid Pərdəşünas 1994-cü ildə Bakı şəhərində anadan olub. Pərdəşünas soyadını babası Cəfər Pərdəşünasdan alıb. Bu soyad vaxtilə baba və nənəsinin Cənubi Azərbaycandan, Şimali Azərbayancana məcburi köçürülməsi zamanı verilib. Babası Cəfər Pərdəşünasın əsas sənəti tar üzərinə pərdə çəkmək olduğu üçün, Şimali Azərbaycana keçid zamanı Sovet Ordusu Pərdəşünas soyadını məcburi tətbiq edib.[1]
Fərid Pərdəşünas 2011-ci ildə Bakı Dövlət Universitetinə qəbul olub və burada "Dünya İqtisadiyyatı" ixtisası üzrə təhsil alıb. 2015-ci ildə Bakı Dövlət Universitetini uğurla başa vurub və həmin ildə karyerasına Technote Media Şirkətini təsis edərək başlayıb.[1][2]
Fərid Pərdəşünas 2015-ci ildə Azərbaycanda fəaliyyət göstərən Technote Media şirkətinin əsasını qoyur və "www.technote.az" veb saytı informasiya portalı olaraq fəaliyyətə başlayır. Elə həmin ilin oktyabrında Barama İnnovasiyalar Mərkəzinin inkubasiya proqramına qoşulan şirkət 2018-ci ildə proqramı uğurla bitirir.[3][4]
Fərid Pərdəşünas İkinci Qarabağ müharibəsi zamanı informasiya müstəvəsində könüllü kimi fəaliyyət göstərib.[5] Erməni mediasında bir vaxtlar gündəm olan "Tavush Bot"un müəllifi və təsisçisidir.[6][7][8][9]
Fərid Pərdəşünas zaman-zaman texnoloji savadlılıq və kibertəhlükəsizlik mövzularında ictimai çıxışlar edir.[10][11][12][13]
17 İyun 2021-ci il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü seçilib. Fərid Pərdəşünas 10 nəfərdən ibarət şuranın daimi üzvüdür. [14][15][16][17] 24 Sentyabr 2022-ci il tarixində keçirilən Jurnalistlərin VIII qurultayında səs çoxluğu ilə Mətbuat Şurasının 23 nəfərlik daimi idarə heyətinin ictimaiyyət nümayəndəsi olaraq üzvü seçilib. [18][19][20][21]