Fərid Quliyev (əsgər)

Fərid Vahid oğlu Quliyev (7 noyabr 2003, Lökbatan13 sentyabr 2022, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur.

Quliyev Fərid
Quliyev Fərid Vahid oğlu
Şəxsi məlumatlar
Doğum tarixi 7 noyabr 2003(2003-11-07)
Doğum yeri
Vəfat tarixi 13 sentyabr 2022(2022-09-13) (18 yaşında)
Vəfat yeri
Dəfn tarixi 16 sentyabr 2022
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbə Əsgər
Döyüşlər

Həyatı[redaktə | mənbəni redaktə et]

Evin tək oğlu olan Fərid uşaq yaşlarından vətənpərvər ruhda böyüyüb. Qonşuları, qohumları Fəridin tərbiyəli, ədəb-ərkanlı oğlan olduğunu deyirlər. Fərid Quliyev 166 nömrəli məktəb-liseydə təhsil alıb. Bibisi oğlu Ələsgərov Vasif açıqlamasında bildirib ki, Fərid komandoda xidmət edib: "Orta təhsilli idi. Təhsilini başa vurduqdan sonra birbaşa həqiqi hərbi xidmətə yollanıb. Sonuncu dəfə ailəsi ilə iki ay əvvəl görüşüb. Hər şeyin yaxşı olduğunu deyib. İrəli getdiyi barədə bizə məlumat verməmişdi". Fəridin şəhadət xəbərini ailəsinə hərbi komissarlıqdan veriblər. Bibisi oğlu deyir ki, sentyabrın 13-ü səhər saatlarında zəng gəldi: "Dedilər ki, Fərid şəhid olub. Gəncəyə gətirdilər. Atası getdi nəşini gətirməyə. Nə deyə bilərik, Vətən sağ olsun! Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Hərbi Xidməti[redaktə | mənbəni redaktə et]

Fərid Quliyev Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən şəhid olub.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]