Sentyabr döyüşləri

Sentyabr döyüşləri[7] və ya Azərbaycan–Ermənistan sərhəd toqquşması, həmçinin İkigünlük müharibə[8] — 2022-ci ilin 12–14 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində ErmənistanAzərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma.

Azərbaycan-Ermənistan sərhəd toqquşması
Atışmaların olduğu yerlər qırmızı kvadratlarla işarələnib
Atışmaların olduğu yerlər qırmızı kvadratlarla işarələnib
Tarix 12 sentyabr — 14 sentyabr 2022
(2 gün)
Yeri Azərbaycan–Ermənistan sərhədi
Nəticəsi Atəşkəs
Münaqişə tərəfləri

 Azərbaycan

 Ermənistan

Komandan(lar)

Azərbaycan İlham Əliyev
Azərbaycan Zakir Həsənov
Azərbaycan Kərim Vəliyev

Ermənistan Nikol Paşinyan
Ermənistan Vaaqn Xaçaturyan
Ermənistan Suren Papikyan

İtkilər

Azərbaycan mənbələrinə əsasən: • 80 hərbi qulluqçu həlak olub.[1][2] • 2 mülki şəxs yaralanıb.[3]


Ermənistan mənbələrinə əsasən: • 30-dan çox hərbi qulluçu həlak olub.

Ermənistan mənbələrinə əsasən: • 204 hərbi qulluqçu həlak olub.[4] • 3 mülki şəxs həlak olub.


Azərbaycan mənbələrinə əsasən: • 300-400 hərbi qulluqçu həlak olub.[5] • 2 ədəd S-300[6]

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1980-ci illərin sonlarında başlamış AzərbaycanErmənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur.[9][10] Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir.[10] İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itkin düşmüşdür.[10]

1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2020-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttindəAzərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir.[10]

2020-ci ilin sentyabr–noyabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin başladığı hərbi əməliyyatlar nəticəsində 26 ildən çox dondurulmuş olan münaqişə yenidən alovlanmışdır.[10] 44 gün ərzində Azərbaycan Ordusu yeddi bölgəni – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, AğdamLaçın rayonlarını, həmçinin Şuşa şəhərini tamamilə, XocavəndKəlbəcər rayonlarının geniş hissəsini, XocalıTərtər rayonlarının isə bir hissəsini işğaldan azad eləmişdir.[10] Hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla başa çatmışdır.[11]

Bununla belə müharibədən sonra Azərbaycan–Ermənistan sərhədində böhran başlamışdır. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olunmuşdur. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş vermişdir. Müharibədən sonra əl qanlı toqquşma isə məhz 2022-ci ilin sentyabrında vermişdir.

Döyüşlərdən əvvəl

[redaktə | mənbəni redaktə et]

2022-ci il sentyabrın 2-də Azərbaycanın Müdafiə Nazirliyi Kəlbəcər istiqamətində mövqelərinin atəşə tutulması ilə bağlı məlumat vermişdir.[12] Məlumatda sentyabrın 2-si saat 15:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin dövlət sərhədinin Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan mövqelərini, həmçinin qeyd olunan mövqelərə təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutğunu bildirmişdir.[12] Nəticədə hər 2 avtomobilin ön hissəsi və şüşələri zədələnmişdir, hərbi qulluqçular arasında ölən və ya yaralananlar yoxdur.[12] Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulduğu da məlumatda qeyd edilmişdir.[12]

Sentyabr 3-də Azərbaycanın Müdafiə Nazirliyi ötən gün ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərinin ümumi olaraq 19 dəfə atəşə tutulduğunu bildirmişdir.[13] Bunlardan 16-sının Azərbaycan-Ermənistan dövlət sərhədinin VardenisSisian rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun KəlbəcərLaçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla baş verdiyi bildirilmişdir.[13] Digər 3 hadisənin isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan bölmələrinin mövqelərini atəşə tutmaqla qeydə alındığı bildirilmişdir.[13]

Bir gün sonra, sentyabrın 4-də Azərbaycanın Müdafiə Nazirliyi növbəti dəfə məlumat yayaraq Ermənistan silahlı qüvvələrinin sentyabr ayının 3-ü günorta saatlarından 4-ü səhər saatlarına qədər Azərbaycan-Ermənistan dövlət sərhədinin Vardenis, GorusSisian rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun KəlbəcərLaçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutduğunu bildirmişdir.[14] Azərbaycanın Müdafiə Nazirliyi növbəti məlumatında isə sentyabrın 4-ü axşam saatlarında qarşı tərəfnin bölmələrinin dövlət sərhədinin Vardenis rayonunun Yuxarı ŞorcaKit yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan tərəfinin Kəlbəcər rayonunun ZəyliYuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutduğunu bildirmişdir.[15]

Azərbaycan tərəfi

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Müdafiə Nazirliyi döyüşlər zamanı həyatını itirən hərbi qulluqçular barədə birinci məlumatı sentyabrın 13-də saat 20:30 radələrində vermişdir.[16] Müdafiə Nazirliyi döyüşlər zamanı Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla, ümumi olaraq Silahlı Qüvvələrin 50 hərbi qulluqçusunun həyatını itirdiyini elan etmişdir.[16] Sentyabrın 14-də, səhər saatlarında həyatını itirənlərin adları ictimaiyyətə açıqlanmışdır.[17][18] Müdafiə Nazirliyi növbəti günlərdə həyatını itirən hərbi qulluqçuların sayının artdığını elan etmişdir. Həyatını itirənlərin sayının sentyabrın 15-də 71-ə[19], sentyabrın 16-da 77-yə[20], sentyabrın 17-də isə 79-a çatdığı qeyd olunmuşdur.[21] Ümumi nəticədə hərbi əməliyyatlar zamanı həyatını itirən Azərbaycan silahlı qüvvələrinin hərbçilərinin sayının 80 nəfər olduğu bəyan edilmişdir.[22][23]

Sentyabrın 17-də Müdafiə Nazirliyi döyüşlər zamanı Azərbaycan silahlı qüvvələrinin 282 hərbi qulluqçusunun yaralandığını və müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirmişdir.[24] Məlumatda yaralanan 282 hərbi qulluqçudan 43 nəfərinin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin normal, 103 nəfərin vəziyyətinin orta-ağır, 21 nəfərin vəziyyətinin isə ağır olaraq qiymətləndirildiyi qeyd edilmişdir.[24] Həmçinin, Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Azərbaycan tərəfindən 2 dinc sakinin də yaralandığı vurğulanmışdır.[24]

  •  Türkiyə — Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu hərbi gərginliyin və təxribatların narahatlıq doğurduğunu, Ermənistanın əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərinin tam yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Həmçinin xarici işlər naziri Mövlud Çavuşoğlu: — "Azərbaycanın xarici işlər naziri qardaşım Ceyhun Bayramovla Azərbaycan-Ermənistan dövlət sərhədində erməni təxribatlarını müzakirə etdik." — deyə rəsmi "Twitter" hesabında bildirib. "Ermənistan indi təxribata son qoymalıdır. Onlar Azərbaycanla əldə etdikləri razılaşma çərçivəsində sülh danışıqlarına və əməkdaşlığa köklənməlidirlər", — deyə Çavuşoğlu əlavə edib.[25]
  1. "Ermənistanın genişmiqyaslı təxribatı nəticəsində şəhidlərimiz olub". Azərbaycan Respublikası Müdafiə Nazirliyi (az.). 13 Sentyabr 2022. 2022-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 Sentyabr 2022.
  2. "Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların SİYAHISI". Azərbaycan Respublikası Müdafiə Nazirliyi (az.). 15 Sentyabr 2022. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 Sentyabr 2022.
  3. "Müdafiə Nazirliyi və Baş Prokurorluğun birgə məlumatı". Azərbaycan Respublikası Müdafiyə Nazirliyi (az.). 14 Sentyabr 2022. 2022-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 Sentyabr 2022.
  4. "Erməni tərəfinin itkiləri: 207 nəfər ölüb, 293 nəfər yaralanıb, 20 nəfər əsir düşüb". Aztoday (az.). 19 Sentyabr 2022. 2023-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 Oktyabr 2022.
  5. "Armenian provocation against Azerbaijan backfires as bodies piling up". Trend.az (ingilis). 13 Sentyabr 2022. 2022-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 Sentyabr 2022.
  6. "Azerbaijan secures control of strategic heights". AzeMedia (ingilis). 13 Sentyabr 2022. 2022-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 Sentyabr 2022.
  7. "Sentyabr döyüşlərində komandolar... - Nazir". 2022-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-25.
  8. Fabbro, Robin. "CSTO summit welcomed with protests in Yerevan". OC Media (ingilis). 23 November 2022. 2022-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-24.
  9. Prezident Kitabxanası. "Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası // Xronoligiya – 20 YANVARA APARAN YOL" (PDF). www.files.preslib.az (az.). 2022-08-04. 2023-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 02.08.2022.
  10. 1 2 3 4 5 6 Prezident Kitabxanası. "Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası // Xronoligiya – Ermənistan-Azərbaycan münaqişəsi" (PDF). www.files.preslib.az (az.). 2022-08-04. 2023-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 02.08.2022.
  11. President.az (Azərbaycan Prezidentinin rəsmi saytı). "İlham Əliyev xalqa müraciət edib". www.president.az (az.). 2022-08-04. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  12. 1 2 3 4 Azərbaycanın Müdafiə Nazirliyi. "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub". www.mod.gov.az (az.). 2022-08-04. 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  13. 1 2 3 Azərbaycanın Müdafiə Nazirliyi. "Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub". www.mod.gov.az (az.). 2022-08-04. 2022-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  14. Azərbaycanın Müdafiə Nazirliyi. "Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutulub". www.mod.gov.az (az.). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
  15. Azərbaycanın Müdafiə Nazirliyi. "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub". www.mod.gov.az (az.). 2022-08-04. 2023-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  16. 1 2 Azərbaycan Respublikasının Müdafiə Nazirliyi. "Ermənistanın genişmiqyaslı təxribatı nəticəsində şəhidlərimiz olub". www.mod.gov.az (az.). 2022-08-04. 2022-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  17. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi. "Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların SİYAHISI". www.mod.gov.az (az.). 2022-08-04. 2022-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  18. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi. "2022-ci il sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı şәhid olan hәrbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (az.). 2022-08-04. 2023-03-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 02.08.2022.
  19. Report İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI". www.report.az (az.). 2022-08-04. 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  20. Report İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin daha 6 hərbçisi şəhid olub, şəhidlərin sayı 77-yə çatıb - SİYAHI". www.report.az (az.). 2022-08-04. 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  21. Report İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin daha 2 hərbçisi şəhid olub, şəhidlərin sayı 79-a çatıb - SİYAHI". www.report.az (az.). 2022-08-04. 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  22. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi. "Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların SİYAHISI". www.mod.gov.az (az.). 2022-08-04. 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  23. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi. "2022-ci il sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı şәhid olan hәrbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (az.). 2022-08-04. 2022-10-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 02.08.2022.
  24. 1 2 3 "Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatı". www.mod.gov.az (az.). 2022-08-04. 2022-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  25. "Ermənistan indi təxribata son qoymalıdır - Mövlud Çavuşoğlu". Trend.az (az.). 13 Sentyabr 2022. 2022-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 Sentyabr 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]