Fərqanə yemişanı

Fərqanə yemişanı (lat. Crataegus ferganensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.

Fərqanə yemişanı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Orta Asiyanın endemik bitkisidir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3 m-dək olan ağacdır. Yaşlı nüsxələrdə hündürlüyü 5,9 m, gövdəsinin diametri 6,8 sm olur. Vegetasiya dövrü may ayından oktyabr ayınadək davam edir. Surətlə böyüyür. İyun ayında 7 gün ərzində çiçəkləyir. Meyvələri avqust ayında yetişir.

Dağ yamaclarında və çaylarının sahillərində, kolluqlarda bitir. İşiqsevəndir, qışa davamlılıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-da təbii halda rast gəlinir.

Yaşılaşdırmada tək və qrup əkinlərində istifadə etmək üçün məsləhət görülür.