Fətəli xan Hidayətulla xan oğlu Əmir-nizam (?-?)— Fətəli şah və Məhəmməd şah dövrlərində, Azərbaycanın hakimi, Azərbaycan ordusunun komandanı və Abbas mirzənin əmiri olmuşdur.
Fətəli xan Əmir-nizam | |
---|---|
Fətəli xan Əmir-nizam فتحعلی خان بیگلربیگی | |
Doğum tarixi | 1760 |
Doğum yeri | Rəşt, İran |
Vəfat tarixi | 1832 |
Vəfat yeri | Təbriz, Cənubi Azərbaycan |
Mirzə Fətəli xan bir müddət Fətəli şah Qacarın sarayında eşikağası vəzifəsində çalışmışdı.
Mirzə Fətəli xan bəylərbəyi bir müddət Cənubi Azərbaycan hakimi Əhməd xan Müqəddəmin müavini vəzifəsində çalışmışdı. Tarixçi Əminə Pakrəvan yazır: "Jauber xatirələrində Bəylərbəyinin yardımçısı Təbrizli Fətəli xan barədə bu sözləri yazır: "Fətəli xan o qədər açıqgörüşlü, geniş düşüncəli idi ki, onun Avropada təhsil aldığını sanmışdım."
Mirzə Fətəli xan sonra İranın hərb naziri olmuşdu.