Əhməd xan Müqəddəm

Əhməd xan Hacı Əliməhəmməd xan oğlu Müqəddəm (?-1806) — Müqəddəm elindən Marağa xanı, Cənubi Azərbaycan bəylərbəyi, İrəvan xanı.[1]

Əhməd xan Müqəddəm
fars. احمد خان مقدم
1763 – 1797
ƏvvəlkiƏliməhəmməd xan
SonrakıCəfərqulu xan Müqəddəm
1806 – 1806
ƏvvəlkiMehdiqulu xan
Şəxsi məlumatlar
Doğum tarixi 1742
Doğum yeri Marağa,Cənubi Azərbaycan, İran
Vəfat tarixi
Vəfat yeri İrəvan şəhəri
Dəfn yeri Marağa
Atası Hacı Əliməhhəmməd xan Müqəddəm
Uşaqları Həsən ağa, Hüsеynpaşa ağa, Nurulla xan, Cəfərqulu xan adlı oğulları, Xеyrənsə xanım, Zeynəb xanım adlı qızları vardı.
Dini İslam, Şiə

Əhməd xan Hacı Əliməhəmməd xan oğlu Müqəddəm 1742-ci ildə Marağa şəhərində anadan olmuşdu. Onun ailəsi türk tayfalarından biri olan Müqəddəm tayfasından idi. Əhməd xan atası Əliməhəmməd xanın ölümündən sonra 1763-cü ildə Marağa xanı oldu. 1797-ci ildə Fətəli şah Qacarın əmri ilə Əhməd xan Təbrizin qubernatoru, 1806-cı ildə isə İrəvanın xanı təyin edildi. Bəzi mənbələrdə o, bütün Azərbaycanın bəylərbəyisi kimi təqdim edilsə də, bəzi qaynaqlarda onun yalnız Marağa və Təbrizin hakimi olduğu da yazılmışdır. 1790-cı illərdə Cəfərqulu xanın Qafqazda qaldırdığı üsyanın yatırılmasında iştirak etmişdir.[2][3]

İngilis yazıçısı Morier onu varlı Marağa hakimi kimi təqdim edirdi. Həmin bu şair və ətrafı Təbrizdəki vəliəhd şahzadə Abbar Mirzə Qacarı ziyarət edərkən Əhməd xanın evində qonaq qalmışdırlar:[4]

Bizim Marağaya gəlməmizdən bir gün sonra kürdlərə qarşı yürüşdən yenicə geri qayıtmış Əhməd xan Britaniya səfirini öz qonaqpərvərliyini göstərmək üçün ziyarət etdi. Bu hökmdar şərqdə tez-tez rast gəlinən xarakterə sahib idi - onun hərəkətləri Müqəddəs Kitablarda necə patriarxların yaşamalı və davranmalı olduğu təsvirinin nümayişi idi. Təxminən 90 yaşı olsa da, sağlamlıq və fəaliyyətdən nur saçır. Onun tamamilə ağ saqqalı var və paltarı çobanlarının geyindiyi paltarlardan demək olar ki, fərqlənmir. Eyni zamanda onun hədsiz sərvət sahibi olduğu da məlumdur... O, İranın ən böyük ağsaqqallarından biridir və “Ədərbican Ağsaqqalı” adlanır.

Əhməd xan Müqəddəm 17 oktyabr 1806-cı ildə İrəvan şəhərində vəfat edir. Onun cənazəsi Marağaya gətirilərək burada dəfn edilmişdir. 1830-cu ildə Marağada onun yerinə oğlu Hüseyn Paşa xan, İrəvanda Hüseyn xan Qacar ​​keçdi.[5][6]

  1. Çingizoğlu, 2013
  2. Çingizoğlu, 2008
  3. Brydges, 1833. səh. 90, 170, 195, 250.
  4. Morier, 2004. səh. 293
  5. Good, 1977. səh. 129-163
  6. Bournoutian, 2021. səh. 100
  • Ənvər Çingizoğlu. Müqəddəm eli. Soy. 2008.
  • Ənvər Çingizoğlu. Marağa xanlığı. Bakı: "Mütərcim", 2013, səh.280. Marağa xanlığı. Bakı: Mütərcim. 2013.
  • Mary-Jo DelVecchio Good. The Changing Status and Composition of an Iranian Provincial Elite // Michael E. Bonine, Nikki R. Keddie. Modern Iran : the dialectics of continuity and change. Albany, USA: State University of New York Press. 1981.
  • Sir Harford Jones Brydges. The dynasty of the Kajars. London: J. Bohn. 1833.