Fəthi Burnaş

Fəthilisalam Burnaşev (tam adı: Fəthilisalam Zakir oğlu Burnaşev, Фәтхелислам Закир улы Бурнашев, Фатхелислам Закирович Бурнашев; təxəllüsü: Fəthi Burnaş, Фәтхи Бурнаш, Фатхи Бурнаш; 13 yanvar 1898 və ya 13 (25) yanvar 1898[1], Kır Bikşege[d], Çuvaşıstan MSSR[d]1 avqust 1942, 1946 və ya 1 avqust 1946[1], Kuybışev) — tatar əsilli SSRİ dramaturqu, şairi, nasiri, publisisti, tərcüməçisi, teatr aktyoru və ictimai xadimi.

Fəthi Burnaş
Doğum tarixi 13 yanvar 1898(1898-01-13) və ya 13 (25) yanvar 1898[1]
Doğum yeri
Vəfat tarixi 1 avqust 1942(1942-08-01) (44 yaşında), 1946 və ya 1 avqust 1946(1946-08-01)[1] (48 yaşında)
Vəfat yeri
Milliyyəti tatar
Atası Zakir Burnaşev
Təhsili
İxtisası Dramaturgiya, ədəbiyyat
Fəaliyyəti publisist, dramaturq, şair, nasir, tərcüməçi, teatr aktyoru
Fəaliyyət illəri 1912–1928
Əsərlərinin dili tatar dili
İstiqamət Publisistika
Janrlar Pyes, şeir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəthilisalam Zakir oğlu Burnaşev 13 yanvar 1898-ci ildə SSRİ-nin respublikalarından olan RSFSR-nın daxilindəki Çuvaşıstan Muxtar Sovet Sosialist Respublikasının Batır rayonunun Kır Bikşege kəndində anadan olmuşdur. O, Kazan şəhərinə köçmüş və mədrəsədə təhsil almışdır. 1919-cu ildə RKP (b) üzvü olmuşdur. Oktyabr inqilabından sonra yazıçı və ictimai xadim olaraq fəaliyyət göstərməyə başlamışdır. O bir neçə tatardilli qəzet və jurnallarının tərtbatçısı və redaktoru olmuşdur. Bunlardan biri də «Çayan» («Чаян», «Skorpion») jurnalıdır.

Fəthi Burnaş Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir. O, 1927–1928-ci illərdə Kazan şəhərindəki Əliəsgər Kamal adına Tatar Dövlət Akademik Teatrının rəhbəri idi.

Fəthi Burnaş 24 avqust 1940-cı ildə repressiyaya məruz qalmışdır. O, 24 yanvar 1941-ci ildə Tacikistan SSR tərəfindən hökumətə qarşı təşvişdən təqsirlənərək on il azadlıqdan məhrum olma və mal-mülklərinin müsadirə edilməsi ilə cəzalandırılmışdır. O, 15 iyun 1942-ci ildə -nin 15 iyun 1942-ci il tarixli Xüsusi Yığıncağında ilə yenidən qınanmışdır.

Fəthilisalam Zakir oğlu Burnaşev 1 avqust 1942-ci ildə SSRİ-nin RSFSR-nın Samara şəhərində güllələnmişdir. O, 1957-ci ildə bəraət qazanmışdır. 1988-ci ilə qədər nəşr olunan publikasiyalarda Burnaşevin 1946-cı ildə vəfat etdiyi qeyd edilirdi.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Fəthi Burnaş tatar ədəbiyyatı və teatrı üçün dram və lirik janrlarında çoxlu əsərlər ərsəyə gətirmişdir.

O, yaradıcılıq fəaliyyətinə 1914-cü ildə başlamışdır. Fəthi Burnaş həyatı boyunca 20-dən çox pyesin müəllifi olmuşdur. Onun erkən əsərləri – «Tahir və Zöhrə» («Таhир и Зөhрә») və «Gənc ürəklər» («Яшь йөрәкләр») məşhurlaşmışdır.

Fəthi Burnaş müəllifi olduğu əsərlərdə təhkimçilik hüququ, imperializm, vətəndaş müharibəsi mövzularına, eləcə də sosialist dövlətin qurulması mövzusuna toxunmuşdur. Fəthi Burnaşın pyesləri Kazan, Astraxan şəhərlərindəki tatar teatrlarında, eləcə də başqırd teatrlarında səhnələnmişdir ki, onun pyesləri hələ də tatar teatrlarında səhnələşdirilir.

Fəthi Burnaş Abdulla Tuqayın təqibçisi idi. O, romantik janrda poemalar yazırdı ki, onun çoxlu şeir kolleksiyaları var.

Fəthi Burnaş Aleksandr Puşkin, Nikolay Ostrovski, Maksim Qorki, İvan Turgenev və Lev Tolstoyun əsərlərini tatar dilinə tərcümə etmişdir.

  • Mokulski, S. S. Театральная энциклопедия (rus) (Том 1/Глав). Moskva. 1961.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Исаев Ю. Н. Чувашская энциклопедия (rus.). Чувашское книжное издательство, 2006. 2567 с. ISBN 978-5-7670-1471-2