Fəxrəddin Məmmədov (8 sentyabr 1950 - 15 oktyabr 2021) — Gəncə Dövlət Universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, texniki elmlər üzrə fəlsəfə doktoru, dosent.[1]
Fəxrəddin Məmmədov | |
---|---|
Fəxrəddin Həsən oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (71 yaşında) |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Atası | Həsən Məmmədov |
Elm sahəsi | Riyaziyyat |
Elmi dərəcəsi | texniki elmlər üzrə fəlsəfə doktoru |
Elmi adı | Prorektor |
İş yeri | Gəncə Dövlət Universiteti |
Təhsili | Bakı Dövlət Universiteti |
Fəxrəddin Məmmədov 1950-ci ildə anadan olub.
1967–1973-cü illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində riyaziyyatçı, riyaziyyat müəllimi ixtisasında təhsil almışdır.
1973-cü ildən Azərbaycan EA-nın Riyaziyyat və Mexanika Elmi Tədqiqat İnstitutunda kiçik elmi işçi, 1977-ci ildən Zaq. DMSS-də hesablama mərkəzində riyaziyyatçı mühəndis, 1980-ci ildən AKTA-nın (ADAU) hesablama mərkəzində riyaziyyatçı-proqramlaşdırıcı işləyib.
1990-cı ildə namizədlik dissertasiyası müdafiə edərək texniki elmlər namizədi elmi dərəcəsi almışdır.
1990-cı ildən isə AKTA-nın Ali riyaziyyat kafedrasında asistent, 2001-ci ildən dosent vəzifəsində çalışıb.
2002-ci ildən Gəncə Dövlət Universitetinin İnformatika kafedrasında dosent işləyib. 2007-ci ildən Riyaziyyat-informatika fakültəsində tədris işləri üzrə dekan müavini, 2011-ci ildən dekan işləyib.
8 aprel 2014-cü ildən Gəncə Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsinə təyin olunmuşdur.[2]
"Fərdi EHM və riyazi modellərin mühəndis məsələlərin həllinə tətbiqi", "Adi diferensial tənliklər və mühəndis məsələlərinin riyazi modelləri", "Kompüter riyaziyyatı" adlı dərs vəsaiti, 40 metodiki göstəriş və məqalənin müəllifidir.