Fəxrəddin Muxtarov — Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Parlament üzvü, 2010-2015-ci illərdə Dnepropetrovski, hazırda isə Poltava Radasının deputatı[1].
Fəxrəddin Muxtarov | |
---|---|
Ukrayna Ali Radasının deputatı | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | Ukrayna |
Təhsili | Dnepropetrovsk Aqrar Universiteti |
Fəxrəddin Muxtarov 1965-ci ildə Amasiya rayonun anadan olmuşdur. 1988-ildə Dağlıq Qarabağ münaqişəsindən sonra, ailəsi ilə birlikdə Ermənistanın Amasiya rayonundan Ukraynaya köçməli olur. Ali təhsilini Dnepropetrovsk Aqrar Universitetində almışdır.
Ailəlidir, üç oğlu və bir qızı var. Oğlu Ələddin Muxtarov Azərbaycan Dillər Universitetində təhsil alır, qızı isə Ukrayna Universitetinin idarəetmə fakültəsini bitirib[2].
Ukraynaya gəldiyi ilk vaxtlardan kənd təsərrüfatı ilə məşğul olmağa başladı. Torpaqların hamısını icarəyə götürürdü. Təsərrüffatında işlətdiyi texnikanın hamısı özünün idi. Əsasən xammal istehsalı ilə məşğul olurdu. Yeni gəldiyi vaxtlarda, əvvəlcə yerli rəhbərliklərlə müqavilə bağlayıb, dövlətdən əlli hektar ərazi götürdü. Daha sonra bu əraziləri beş yüzə və beş min hektara qaldırdı, bu gün əkdiyi sahələrin ərazisi beş yüz min hektara yaxındır. İki təsərrüfatı var, Xmelniçskiy Dnepropetrovskidə və Poltavada torpaq sahələri icarə etmişdir. Poltavada on min hektar torpaq icarəyə götürmüşdür.
Yaşadığım şəhərdə aktiv fəaliyyətdə olduğu üçün, şəhər, vilayət radalarına seçkilərdə özünü sınamaq qərarına gəlmişdir. 2010-2015-ci illərdə Dnepropetrovskidə vilayətində səs toplayaraq deputat oldu. 2015-ci ildə Fəxrəddin Muxtarov işi ilə bağlı Poltavaya köçdü və seçildiyi həmin dairədən, qardaşı Qoşqar Muxtarov öz namizədliyini verdi. Eyni güclə, digər deputatları xeyli üstələyərək Qoşqar da radanın deputatı seçildi. Özü isə Poltavada namizədliyini irəli sürdü və 84 deputat arasında ən çox səs toplayaraq deputat seçildi[2].
F.Muxtarov şəxsi vəsaiti hesabına vilayətin Tsariçan rayonunun Rudka kəndində Böyük Vətən müharibəsi döyüşçülərinin qardaşlıq məzarını bərpa etdirmiş, xatirə kompleksində Dnepropetrovsk vilayətinin azad edilməsi zamanı 1943-cü ildə həlak olmuş, 19 yaşlı Sovet İttifaqı Qəhrəmanı Mikayıl Ələkbərovun heykəlini ucaltmışdır[3].