Fəxri Müslüm

Quliyev Fəxri Müslüm oğlu (10 aprel 1948, Düzrəsullu, Gədəbəy rayonu) — Azərbaycanlı şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003), Prezident mukafatçısı (2010–2011), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2003), iqtisad üzrə fəlsəfə doktoru (2012), Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti (2015)

Fəxri Müslüm
Fəxri Müslüm oğlu Quliyev
Təxəllüsü Fəhri Müslüm
Doğum tarixi (76 yaş)
Doğum yeri Gədəbəy,Düz Rəsullu
AzərbaycanAzərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycan Türkü
İxtisası iqtisadçı alim,şair-publisist
Fəaliyyəti alim
Mükafatları Prezident mukafatçısı

Quliyev Fəxri Müslüm oğlu 10 aprel 1948-ci ildə Gədəbəy rayonunun Şınıx bölgəsinin Düz Rəsullu kəndində anadan olmuşdur. Düz Rəsullu kənd orta məktəbində 8-ci sinifə qədər həmin məktəbin dəyərli müəllimlərindən dərs almış, sonradan təhsilini Tovuz rayonunda A. S. Puşkin adına şəhər orta məktəbində davam etdirmiş və 1966-cı ildə həmin məktəbi bitirmişdir. 1967–1969-cu illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1971-ci ildə Bakı Yeyinti Sənaye Texnikumunu bitirmişdir. 1976-cı ildə Azərbaycan Xalq Təsərrüfatı (hal-hazır ki, Azərbaycan Dövlət İqtisad Universiteti) insitututnun maliyyə fakültəsini bitirmişdir. Fəxri Müslüm, Tovuz rayonunun Yekallar kəndinin sakini, XIX əsrin axırlarında Xankəndinin pristavı olmuş Tanrıverdi kişinin qız nəvəsidir. Uşaqlıq dövrünün əksər hissəsini Yekallarda Tanrıverdi kişinin qardaşı (Tanrıverdi kişi 1913-cü ildə dünyasını dəyişmişdir) Qulam kişinin, eləcə də onun oğlu Həmid Suleymanovun evində keçirmişdir.

İş fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Fəxri Müslüm Quliyev, əmək fəaliyyətinə Bakı Yeyinti Sənaye Texnikumunda oxuyarkən 1970-ci ildən gözətçi vəzifəsilə başlamışdır. O,1971–1973-cü illərdə Bakı Tütün Kombinatında "Texnoloq", 1973–1977-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Naziriyinin Normativ Tədqiqat İdarəsində "Böyük iqtisadçı", 1977–1997-ci illərdə Azərbaycan Respublikası Əmanət Bankında "Təftişçi", "Böyük təftişçi", "Kassalarla hesablaşma şöbəsinin rəisi", "Nağdsız hesablaşmalar və yığım idarəsinin rəis müavini", "Pul dövriyyəsi və kassa əməliyyatı idarəsinin rəisi", 1997–1999-cu illərdə "AZAL" Səhmdar Kommersiya Bankında şöbə rəisi, 1999–2005-ci illərdə Azərbaycan Hava Yolları QSC-də müfəttiş-mühasib və baş mühasib vəzifələrində çalışmışdır.

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Fəxri Müslüm Quliyev pedoqoji fəaliyyətə 2005-ci ildən Milli Aviasiya Akademiyasının "Beynəlxalq İqtisadi Münasibətlər" kafedrasının müəllimi kimi başlamışdır. O, 2006–2012-ci illərdə "Bankların nağdsız hesablaşmalarında yeni texnologiyaların tətbiqi" mövzusunun tədqiqi ilə bağlı Milli Aviasiya Akademiyasının dissertantı olmuş və 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində müvəffəqiyyətlə müdafiə edərək, iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi adına layiq görülmüşdür. O, bir sıra beynəlxalq konfrasların iştirakçısı olmuş, bank sferasında nağdsız hesablaşmalarda yeni texnologiyaların tədqiqi və tətbiqi ilə bağlı elmi təkliflərilə, respublika və xarici elmi jurnallarda müntəzəm çıxış etmişdir. Eyni zamanda iqisadiyyat sferasını əhatə edən məqalələri ilə respublikanın nüfuzlu qəzetlərndə çıxış edir. Fəxri Quliyev bir sıra universitetlərdə dərs demiş, apardığı mühazirələrlə diqqəti cəlb etmişdir. 2005–2011-ci illərdə Azərbaycan Hava Yolları QSC Milli Aviasiya Akademiyasında, 2006–2016-cı illərdə ETM "Təfəkkür" universitetində, 2009–2010-cu illərdə Odlar yurdu Universitetidə, 2012–2014-cü illərdə Azərbaycan İctimai Siyası Universitetində, çalışmışdır. O, 2015-ci ildən etibarən Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında dosent vəzifəsində çalışır.

Çap olunmuş dərs vəsitləri

[redaktə | mənbəni redaktə et]
  1. "Maliyyə və kredit" fənnindən kurs işlərinin yerinə yetirilməsinə dair metodiki göstəriş ETM "Təfəkkür"., 2006
  2. "İdarəetmənin informasiya texnologiyaları" Ali məktəblər üçün dərslik Milli Aviasiya Akademiyası., 2009[1]
  3. "Kütləvi İnformasiya Vasitələrinin İqtisadiyyatı". Ali məktəblər üçün dərslik "Elm və təhsil"., 2013
  4. "Beynəlxalq bank auditi" Ali məktəblər üçün dərslik "Elm və təhsil"., 2014
  5. "Milli iqtsadiyyat" dərs vəsaiti , Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının elmi şurasının qərarı ilə 2018-ci ildə çap olunmuş

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Fəxri Müslüm ədəbiyyata keçən əsrin 70-ci illərindən qədəm qoymuşdur. Onun ilk şeirləri 1971-ci ildə təhsil aldığı AXTİ-nun, indiki ADİU-nin "İqtisadçi" qəzetində çap edilmişdir. Sonradan, həmin illərdən etibarən şairin şeirləri müntəzəm olaraq "Azərbaycan gəncləri", "Ədəbiyyat", "Molodyoj Azerbaydjana", "Elm və həyat" jurnalında, "Bahar çiçəkləri", "Çinar pöhrələri", " Yeni səslər" və s. almanaxlarda çap edilmiş, televiziya və radioda çıxış etmişdir. Dövrün ədəbi prosesini hər il üzrə xarakterizə edən və "Ədəbi proses" adlanan kitablarında adı, ədəbiyyatşünaslar tərəfindən, gələcəyin inamlı şairi kimi müntəzəm olaraq çəkilmişdir. Tanınmış şair və yazıçılar haqında, o cümlədən N. Hacızadə, İzzət Rüstəmov, Tofiq Rəsulov, Əkbər Qoşalı, Zəka Vilayətoğlu, Mübariz Məsimoğlu, Adil Mirseyid, Kamaləddin Qədim, Dilqəm Hüseynov, Mətləb Məhəmmədoğlu və s. yaradıcı insanlar haqında publisist məqalələrin və ön sözün müəllifidi. Çap olunmuş bədii kitabları Yaponiyanın, ABŞ-nin Parlament kitabxanalarının, eləcə də Sant-Peterburq və Tehran Milli kitabxanalarının tələbinə əsasən göndərilmişdir. Fəxri Müslümün nəşr edilmiş kitablarına Respublikanın tanınmış xalq şairlərindən Söhrab Tahir, Nəriman Həsənzadə, Milli Elmlər Akademiyasının elmi işçisi Filologiya elmləri namizədi Hicran Nəsibova və Adil Mirseyid kimi ədəbiyyat adamları ön söz yazaraq müəllifin yaradıcılığına dəyər vermişdilər. Təsadüfü deyil ki, Fəxri Müslüm yaradıcılığı Vətən çərçivəsini təkcə yaşadığımız ərazi ilə məhdudlaşdırmır, həm də qan yaddaşmızı təzələyə biləcək, Çin səddindən tutmuş Alyaskanı dolanbac edərək, İspaniya sinirlərinə qədər böyük bir ərazinin Vətən anlamını yaşatmağa və gələcək nəsillərə ötürmək iqtidarında olan yaradıcılardandır.

Müəllifin nəşr edilmiş bədii kitabları aşağıdakılardır:

  1. "Şınıx elindən salam olsun"- 2003.
  2. "Koroğlunun Şınıx səfəri"- 2004.
  3. "Göy üzündə qərib ağlar"- 2008.
  4. "Mən dağdağan ağacıyam"- 2011.
  1. https://www.facebook.com/fahri.kuliev - feysbuk səhifəsi
  2. https://www.facebook.com/groups/451811495010787/ - Gədəbəy Düz Rəsullu feysbuk qrupu