FOX (Türkiyə)

FOX — "News Corporation" adlı şirkətin tabeliyində olan, Türkiyədə yayımlanan televiziya kanalıdır. TGRT kanalının bağlanmasından sonra həmin kanalın tezliyində 24 fevral 2007 tarixində yayıma başlamışdır.

FOX
Loqonun şəkli
Ölkə Türkiyə Türkiyə
Yayım ərazisi Türksat 4A, Eutelsat W3A və Azerspace-1 peyklərinin əhatə dairəsi
Dil Türk dili
Baş qərargah
Yaranma tarixi 24 fevral 2007
Sahibi Rupert Murdoch
Şüar

Hayata Foxlanın Fox (2007-2009)

Sen de Katıl (2009-2011)

Hepimiz Fox İzliyoruz (2011-2012)

5 Yıldır Fox İzliyoruz (2012)

Fox İzliyoruz (2012-2013)

Ailemizin Ekranı (2013-indi)
Sayt fox.com.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixçə[redaktə | mənbəni redaktə et]

"TGRT" İhlas Holdinqin tabeliyində olan "Huzur Radyo TV A.Ş." şirkətinə aid telekanal idi. 17 dekabr 2004-cü ildə İhlas Holdinq kanalın satıldığını açıqladı. Nəticədə şirkətin 56.5%-i satılmış oldu. "TGRT" kanalını satın alan ABŞ-nin media şirkətlərindən biri "News Corporation"ın sahibi Rupert Keit Murdoç idi. Daha sonra "News Corporation" digər hissədarları ilə də razılaşaraq bu şirkətin bütün hissələrini satın aldı. İhlas Holdinq "TGRT" kanalını satsa da, "TGRT Haber" və "TGRT Belgesel" kanallarını satmadı. "News Corporation" şirkəti bu işi Ahmet Ertegün vasitəsilə həll etdi. Ahmet Ertegünün "Atlantic Records" şirkəti ilə xatırlanan şirkət 2007-ci ilin fevralından etibarən "FOX" adı ilə icarəyə götürülən, əvvəl "Ət və Balıq Qurumu"na aid olan binadan yayımlanır.

Məşhur Smackdown ilə Raw bu kanalda yayımlanmışdı və daha sonra "SmartSpor HD" kanalına keçmişdi. Hər iki şounun da aparıcıları Bülent Ülgen ve Ali Aydın idi.

18 noyabr 2008-ci ildə "FOX", illərdir "TRT"-nin yayımladığı, "2016-cı il Yay Olimpiya Oyunları" və "2020-ci il Yay Olimpiya Oyunları"nın yayım hüquqlarını, Beynəlxalq Olimpiya Komitəsidən satın aldı.

19 may 2009-cu ildə yeni qrafikaları və introları ilə yeni yayım dövrünə keçmişdir. Həmçinin 2010-cu ildə "İtaliya A Seriyası"nın yayım hüquqlarını da satın almışdır. Lakin ayda 1-2 qarşılaşma yayımlanırdı.

"FOX"da yayımlanmış Beşiktaş-Fenerbahçe qarşılaşmasında 70 markanın 201 reklamı 35 dəqiqə ərzində ekranda yer yayımlanmışdı. Oyunun vacib anlarını reklamlara görə izləməkdə çətinlik çəkən tamaşaçıların narahatlığına qəzet yazarları da dəstək vermişdi. Həmin reklam strategiyası bir çox qəzetdə sərt tənqid hədəfi olmuşdu.

Kanal 1 iyul 2012-ci il tarixində loqosunda dəyişiklik etmişdir. Həmin gündə introlarını da yeniləyərək, 16:9 (geniş ekran) formatlı yayıma keçmişdir.

"FOX Ana Haber"i həftə içi Nazlı Tolga təqdim etmişdi. 2 sentyabr 2013-cü ildən etibarən "FOX Ana Haber"i həftə içi Fatih Portakal, həftəsonu isə Gülbin Tosun təqdim edir.

22 fevral 2017-ci il tarixində Azərbaycanda yayımı qadağan edilmişdir.

FOX HD[redaktə | mənbəni redaktə et]

1 iyul 2012-ci ildə yayıma başlamışdır

İstinadlar[redaktə | mənbəni redaktə et]