FTB

Federal Təhqiqat Bürosu (ing. Federal Bureau of Investigation, FBI (oxunuşu: Ef-Bi-Ay), FTB) — ABŞ-nin daxili kəşfiyyat və hüquq-mühafizə orqanı. ABŞ Ədliyyə Nazirliyinin yurisdiksiyası altında fəaliyyət göstərir. ABŞ federal qanunvericiliyinin pozulmaları ilə bağlı təhqiqat işləri aparır, dövlət təhlükəsizliyini təmin edir, həmçinin bu sahədə ABŞ dövlət aparatının bütün orqanlarının fəaliyyətini əlaqələndirir. əsası 1908-ci ildə qoyulmuşdur. İlk adı "Təhqiqat Bürosu" (ing. Bureau of Investigation) (BOİ) olmuşdur. Yeni adını 1935-ci ildə almışdır. ABŞ-nin federal təhqiqat bürosudur.

Federal Təhqiqat Bürosu
Federal Bureau of Investigation
Möhürün şəkli
Ümumi məlumatlar
Ölkə
Yurisdiksiya Amerika Birləşmiş Ştatları
Yaradılma tarixi 26 iyul 1908
Ştat sayı
  • 35.104 nəf. (31 oktyabr 2014)[1]
İllik büdcəsi 8.707.700.000 $[2]
Baş qərargah
Ünvan 935 Pennsylvania Ave NW, Washington DC 20535
Rəsmi saytı fbi.gov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Büdcəsi və Vəzifələri

[redaktə | mənbəni redaktə et]

Büronun illik büdcəsi 2012-ci ildə 8.12 milyard ABŞ dolları olmuşdur.

  • Amerika Birləşmiş Ştatları içərisində bütün federal qanunlara qarşı gələn hərəkətlər və terrorist fəaliyyətlərin maneə törədilməsi və önlənməsi ana vəzifəsini meydana gətirməkdədir.
  • Amerika Birləşmiş Ştatlarını terror hücumlarından və planlarından qorumaq;
  • Amerika Birləşmiş Ştatlarını casusluq fəaliyyətlərinə qarşı qorumaq,
  • Amerika Birləşmiş Ştatlarını yüksək texnologiya cinayətlərinə qarşı qorumaq,
  • Amerika Birləşmiş Ştatları və xalqını təhrif edilmiş işlərə və rüşvətə qarşı qorumaq,
  • Vətəndaşların haqqlarını qorumaq,
  • Beynəlxalq döyüş, milli cinayət və cinayət təşkilatlarını aşkarlamaq və bunlara qarşı qorumaq,
  • Mütəşəkkil cinayətləri və cinayətləri araşdırmaq və nəticələndirmək,
  • Əhəmiyyətli şiddət cinayətlər/günahlarını araşdırmaq və nəticələndirmək,
  • Federal və beynəlxalq cinayətlər/günahlara qarşı yerli səlahiyyətliləri və beynəlxalq müttəfiqləri qorumaq,
  • Müvəffəqiyyətli vəzifələr edə bilmək üçün artan texnologiyanı izləmək və büroya inteqrə etmək.

1896-cı ildə Kriminal Təhqiqatlar üzrə Milli Büro təsis edildi. Büronun vəzifəsi ölkə böyünca tanınmış cinayətkarların axtarışını təşkil etmək idi. 1901-ci ildə prezident Makkinlinin sui-qəsd nəticəsində öldürülməsi Amerikanın anarxistlər tərəfindən böyük təhlükə qarşısında qaldığını göstərdi. Ədliyyə və Məşğulluq nazirlikləri anarxistləri izləyir və onlara dair hesabatlar hazırlayırdı, lakin prezident Ruzvelt onları izləmək üçün daha böyük qüvvə olmasını tələb edirdi. Təhqiqatlar Bürosu 26 iyul 1908-ci ildə yaradıldı. Baş prokuror Çarlz Bonapart Ədliyyə Nazirliyinin vəsaitlərindən istifadə edərək Xüsusi Xidmət orqanlarının 34 keçmiş üzvünü yeni qurulmuş Büroya işləməyə dəvət etdi. Büronun ilk rəhbəri Stenli Finç təyin edildi. Bonapart bu görülən işlər barədə Konqresə məruzə edirdi.

Büronun ilk vəzifəsi fahişəxanalara gedərək oraları izləmək və insan ticarətinə qarşı mübarizə aparmaq olmuşdur. 1932-ci ildə Büronun adı dəyişdirilərək Birləşmiş Ştatlar Təhqiqatlar Bürosu adlandırıldı. 1935-ci ildə Büro Ədliyyə Nazirliyinin tərkibində sərbəst bir xidmət növü olaraq fəaliyyət göstərməyə başladı. Həmin il Büronun adı dəyişərək indiki adına, Federal Təhqiqatlar Bürosu adını aldı. Büronun ən məşhur direktoru Edqar Huver olmuşdur. Huver 1924-cü ildən 1972-ci ilə qədər, üst-üstə 48 il ərzində Büronun rəhbəri olmuşdur. Onun rəhbərliyi altında 1932-ci ildə Elmi Cinayət Axtarış Laboratoriyası açıldı. FTB laboratoriyası adlanan bu laboratoriya cinayətlərin peşəkar olaraq araşdırılmasını təmin etdi. Huverin ölümündən sonra Konqres FTB direktorlarının fəaliyyət müddətini 10 ilə qədər məhdudlaşdırdı. ABŞ-də kriminala qarşı müharibə illəri olan 1930-cu illərdə FTB agentləri ölkə boyunca çoxlu sayda cinayət törətmiş bir çox məşhur kriminalı öldürdü.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]