Fabricia

Lavanda (lat. Lavandula) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.

Lavanda
Elmi təsnifat
Beynəlxalq elmi adı

Lavanda çoxillik ətirli ədviyyat bitkisidir. Bu bitkinin vətəni Aralıq dənizi sahilləri hesab olunur. Qədim Misirdə mumiyalaşdırma zamanı istifadə edilən maddənin əsas komponentlərindən biri olub. Bitkinin öz ətrini 3 min il saxlaya bilməsi məlumdur. Belə ki, 1922-ci ildə Misir fironu Tutanxamonun mumiyasından ətirli lavandanın qalıqları tapılmışdır.

Lavanda bitkisinin bütün hissələrində efir yağları toplanır. Lakin çiçəklərdə onun miqdarı daha çox 0,8-3,0 %-ə qədərdir. Lavanda yağının əsas komponenti (tərkib hissəsi) linalilasefat (30-56 %) və linalol (10-12 %) hesab edilir. Lavanda yağı və ondan alınan məhsullar (efir yağı, quru çiçək qrupu) ətriyyat - kosmetika sənayesində, qida və əczaçılıq sənayesində, tibdə və məişət kimyasında istifadə edilir. Lavanda yaxşı bal verən bitki hesab olunur və eroziya əleyhinə bitki kimi istifadə edilir.

Avropada lavandanı XVI əsrin axırlarında becərməyə başlamışlar. Rusiya ərazisinə lavanda XIX yüzilliyin ikinci yarısında gətirilmişdir. Lakin, ilk dəfə sənaye halında plantasiyalar şəklində becərilməsinə 1929-cu ildə Krımda başlamışlar. 1937-ci ildə lavanda Krasnodar vilayətində, 1945-ci il-lər Moldovada becərilməyə başlanmışdır. Onun ümumi əkin sahəsi 9 min hektara yaxın, məhsuldarlığı isə 20-30 s/ha-dır.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Chaetostachys Benth.
  • Fabricia Adans.
  • Isinia Rech.f.
  • Sabaudia Buscal. & Muschl.
  • Stoechas Mill.
  • Styphonia Medik.