Faiq Maqbet oğlu Quliyev (7 yanvar 1977, Bakı) — Azərbaycan Respublikasının dövlət xadimi və diplomatı. Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri. 2018–2020-ci illərdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövət Komitəsinin Sədr müavini.
Faiq Quliyev | |
---|---|
Vəzifədədir | |
17 avqust 2020-ci ildən | |
Əvvəlki | Dursun Həsənov |
9 fevral 2018 – 17 avqust 2020 | |
Əvvəlki | vəzifə təsis edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 yanvar 1977 (47 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Faiq Maqbet oğlu Quliyev 7 yanvar 1977-ci ildə Azərbaycan SSR-in Bakı şəhərində doğulmuşdur. 1993-cü ildə Bakı Dövlət Universitetinə daxil olmiş və 1997-ci Beynəlxalq hüquq fakültəsini bitirmişdir. 2001-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin Magistraturasını Beynəlxalq hüquq Magistri dərcəsi üzrə başa vurmuşdur.
Faiq Quliyev əmək fəaliyyətinə Bakıda, hüquqünas kimi 2001-ci ildə "Fərid MMC" şirkətində başlamışdır.
2007-ci ildə Tbilisidə fəaliyyət göstərən, Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti olan "SOCAR Energy Georgia" MMC-də Marketinq və Beynəlxalq əlaqələr Departamentinin rəhbəri təyin edilmiş və 2017-ci ilə kimi bu vəzifəni icra etmişdir.
2012–2017-ci illərdə "SOCAR Energy Georgia" MMC-nin Sosial məsələləri üzrə meneceri vəzifəsində çalışmışdır.
Ailəlidir. 3 övladı var.
Faiq Quliyev 15 mart 2018-ci ildə Azərbaycan Respublikasın Prezidentinin fərmanı ilə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Sədr müavini təyin edilmişdir.
17 avqust 2020-ci ildə Faiq Quliyev Azərbaycan Respublikasın Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Gürcüstandakı Fövqaladə və Səlahiyyətli Səfiri vəzifəni təyin edilmişdir. Azərbaycan Respublikasının Fövqaladə və Səlahiyyətli Səfiri rütbəsi verilmişdir.
Arxivləşdirilib 2020-09-26 at the Wayback Machine