Faris bəy Vəkilov (tam adı: Vəkilov Faris bəy İbrahim ağa oğlu; 1886, Tiflis – 1978, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ictimai-siyasi xadimi, mühəndis, diplomat, ADR-in Gürcüstanda diplomatik nümayəndəsi. İbrahim ağa Vəkilovun oğlu.
Faris bəy Vəkilov | |
---|---|
1919 – 1920 | |
Əvvəlki | Məmməd Yusif Cəfərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1886 |
Doğum yeri | |
Vəfat tarixi | 1978 |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | mühəndis, diplomat, bürokrat |
Atası | İbrahim ağa Vəkilov |
Faris bəy İbrahim ağa oğlu 1886-cı ildə Tiflisdə anadan olmuşdur. Peterburq Texnologiya İnstitutunu bitirib (1914), 1917-ci ilədək Petroqraddakı Putilov və "Feniks" zavodlarınun baş mühəndisi, həmin ildən isə Tiflisdə Qafqaz Su Təsərrüfatı idarəsində işləmişdir. Rus, gürcü, türk, fransız dillərini mükəmməl bilirdi. İxtiralarına görə bir sıra patentlər almışdır.
Faris bəy Vəkilov 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə üzv seçilən Məmmədyusif Cəfərovun yerinə Azərbaycanın Gürcüstanda diplomatik nümayəndəliyinə rəhbərlik etmişdir. O, Azərbaycan-Gürcüstan əlaqələrinin qurulmasında mühüm rol oynamış, bəzi qərb ölkələrinin nümayəndələri ilə görüşlər keçirərək, Azərbaycan hökuməti adından bir sıra mühüm sənədləri imzalamışdır.
Fariz bəy Vəkilov Böyük Britaniya bolşevik təhlükəsi qarşısında müdafiə bacarığını gücləndirmək üçün Qafqaz respublikaları arasındakı münaqişələrə son qoymağa çalışırdı. Bu məqsədlə 23 fevral 1920-də Britaniyanın Zaqafqaziyadakı ali komissarı Oliver Uordropun Tiflisdəki mənzilində Fransa nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan nümayəndələrinin müşavirə keçirilmişdi. Bu görüşdə Azərbaycanı Gürcüstandakı diplomatik nümayəndə Fariz bəy Vəkilli və Ermənistandakı diplomatik nümayəndə Əbdürrəhim bəy Haqverdiyev təmsil ediblər.
Sovet hakimiyyəti qurulduqdan sonra ixtisasını təkmilləşdirmək üçün Parisdəki "Reno" zavoduna göndərilmiş və arvadı Liya (Mir)kazım qızı Vəkilova/Talışinskaya (1891–1965) ilə birgə 1927-ci ilədək orada yaşamışdı.
1927-də Bakıya dönüb və o zamankı Şmidt zavodunda işləyib.
1942-də repressiya olunaraq Karaqanda, Maqadan və Sibirdə 18 il məşəqqətli sürgün ömrü yaşayıb.
1960-cı ildə bəraət alaraq Vətənə qayıtmış Faris bəy Vəkilov 1978-ci ildə Bakıda vəfat etmişdir.
Faris bəy Liya Mirkazım qızı Vəkilova/Talışinskaya ilə ailə qurmuşdu.