Faiq Rəfiyev (idmançı)

Faiq Rəfiyev (tam adı: Faiq Əltağı oğlu Rəfiyev; d. 1973, İmişli, Azərbaycan SSR, SSRİ) — Azərbaycan idmançısı; 10 qat qara kəmər sahibi qrand master[1]. Dünya Budo Döyüş Növləri Federasiyasının təsisçisi və birinci vitse-prezidenti[2]. Azərbaycan Budo Döyüş Növləri Federasiyasının prezidenti, döyüş növləri üzrə fəlsəfə doktoru[3].

Faiq Rəfiyev
Şəxsi məlumatlar
Tam adı Faiq Əltağı oğlu Rəfiyev
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi
Doğum yeri İmişli, Azərbaycan SSR, SSRİ
İdman növü Budo Döyüş Növləri

Məşhur tələbələri: Ruslan Tağıyev

Həyatı[redaktə | mənbəni redaktə et]

Faiq Rəfiyev 1973-cü ildə Azərbaycan Respublikasının İmişli şəhərində anadan olmuşdur.

  • ailəlidir, 2 övladı var

Təşkilati fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1997-2002-ci illərdə Ashihara Karate Təşkilatının prezidenti vəzifəsində çalışmışdır.

2002-ci ildən Dünya Budo Federasiyasının AsiyaAzərbaycan üzrə nümayəndəsi təyin olunmuşdur.

2007-ci ildən etibarən W.A.M.O. WASKO-nun texniki vitse-prezidenti, Dünya Budo Federasiyasının vitse-prezidenti olmuşdur.

2008-ci ildə Sabaki Jitsu Karate Federasiyasının qurucusu olmuşdur

Dünya Budo Döyüş sənətləri Federasiyasının təsisçisi və vitse-prezidenti, eyni zamanda qrand master dərəcəsinin sahibidir.

Professional idman karyerası[redaktə | mənbəni redaktə et]

Faiq Rəfiyev 7 yaşından etibarən güləş, ağır atletika, karate, qaydasız döyüş, budo idman növləri ilə məşğul olmuşdur.

14 yaşında ikən o, Regionlar arasında keçirilən turnirdə ağır atletika üzrə çempion olmuşdur. Eyni ildə Regionlar və Zonalar Turnirində güləş üzrə 1-ci yerə layiq görülmüşdür.

15 yaşında ikən ilk dəfə olaraq güləş üzrə Respublika çempionu və eyni ildə Regionlararası turnirdə qalib olmuşdur.

17 yaşlarında ikinci dəfə güləş üzrə Respublika çempionu olmuş və həmin ildən güləşdən ayrılaraq Şərq Qarışıq Style karate, kyokushinkay, ashihara karate, ashihara budokay, qaydasız döyüş, enshin karate və kick-boks idman növləri ilə məşğul olmağa başlamışdır.

1992-ci ildə İranın Tehran şəhərində kyokushinkay karate üzrə kəmər testində 1-ci Dan Qara kəmərinə layiq görülmüşdür.

1994-cü ildə ashihara karate üzrə İran çempionatında 1-ci yerə layiq görülmüşdür. Həmin il o, ashihara karate üzrə 2-ci Dan qara kəmərinə layiq görülmüşdür.

1996-cı ildə Ukraynanın Kiyev şəhərində keçirilmiş beynəlxalq turnirdə qalib olmuşdur.

1997-ci ildə ashihara karate, ashihara budokay, free-fight üzrə belt testlərini verərək, 3-cü Dan Qara kəmərinə layiq görülmüşdür. Həmin il İranda keçirilən Asiya çempionatında 2-ci yerə layiq görülmüşdür.

1997-ci ildə İtaliyada beynəlxalq turnirin qalib olmuşdur.

2000-ci ildə Hindistanda beynəlxalq turnirin qalib olmuşdur.

1998-ci ildə 4-cü Dan qara kəmərinə, 2000-ci ildə 5-ci Dan qara kəmərinə, 2003-cü ildə 6-cı Dan qara kəmərinə layiq görülmüş və dünya çempionu olmuşdur.

Dünya Federasiyasında etdiyi xidmətlərə görə 2004-cü ildə 7-ci Dan qara kəmərinə və 2006-cı ildə Dünya Federasiyasının 8-ci Dan qara kəmərinə layiq görülmüşdür.

2004-cü ildə Budo üzrə Dünya Çempionu olmuşdur.

2003-2007-ci illərdə Karate, Budo, Kick-Boxing, Hapkido, qaydasız döyüş üzrə Dünya Çempionatında, Avropa Çempionatında və Beynəlxalq Turnirlərdə iştirak etmiş və təxminən 50 naliyyət əldə etmişdir.

2008-ci ildə 9-cu Dan qara kəmərinə layiq görülmüşdür.

2009-cu ilin yanvar ayında Dünya Federasiyasının 10-cu Dan Qara Kəmərinə layiq görülmüşdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]