Tağıyev Ruslan

MMA üzrə 1-ci dan qara kəmər ustası, Kyokushin karate üzrə 2-ci dan qara kəmər ustası, hapkido üzrə 1-ci dan kəmər ustası

Tağıyev Ruslan Tağı oğlu (21 iyun 1984; İmişli, Azərbaycan SSR) — Azərbaycanlı MMA döyüşcüsü, yunan-roma güləşcisi, BUDO döyüşcüsü

Tağıyev Ruslan
Ruslan Tağıyevin Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov tərəfindən qəbulu
Ruslan Tağıyevin Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov tərəfindən qəbulu
Şəxsi məlumatlar
Tam adı Ruslan Tağı Oğlu Tağıyev
Ləqəbi Qara Əjdaha
Vətəndaşlığı Azərbaycan
Milliyəti Azərbaycanlı
Doğum tarixi (39 yaş)
Doğum yeri İmişli rayonu, Qaravəlli kəndi, Azərbaycan SSR
İdman növü MMA
Karyera illəri 1995-2008; 2017 - indiyə kimi
Məşqçisi Faiq Rəfiyev
Boyu 1.68 m
Çəkisi 66 kq
Komandası Azərbaycan Budo Döyüş Növləri Federasiyasının yığma komandası

Karyiyerası[redaktə | mənbəni redaktə et]

İlk dəfə 1995-ci ildə müəllimi Faiq Rəfiyevin rəhbərliyi altında Karate Shotakan üzrə reqion Çempionatında birinci yerə çıxır, və beləliklə karyerasına start verir.[1] Daha sonra 1996-cı ildə Karate Shotakan üzrə Respublika Çempionatının və 1997-ci[2][3] ildə Karate Kyokushin üzrə Respublika Çempionatının qalibi olur.

1998-ci ildə isə ilk dəfə Karate Kyokushin üzrə Dünya Çempionatında iştirak edir və Dünya çempionu titulunu əldə edir və elə orda Ruslana "Qara Əjdaha" ləqəbini verirlər.[4]

2001-ci ildə arm wrestling üzrə respublika çempionatında iştirak edib 1-ci yerin sahibi olur.[5]

2008-ci ildə full contact karate üzrə Sinqapurda keçirilən Asiya çempionatında Azərbaycanı təmsil edən Ruslan Tağıyev rəqiblərini məğlub edərək 1-ci yerə çıxır.[6] 2017-ci ildə MMA-nın submission növü üzrə dünya çempionatında 2-ci yeri əldə edir. 2021-ci ildə Ruslan Tağıyev Budo döyüş növləri üzrə Tunisdə keçirilən yarışda qalib gələrək dünya çempionu adına layiq görülüb.[7][8][1][9][10][11]

2022-ci ilin sentyabrında Ankarada keçirilən Döyüş Növləri Olimpiadasında Azərbaycan Budo Döyüş Növləri Federasiyasının yığma komandasının üzvü və komandanın kapitanı Ruslan Tağıyev (70 kq, full-kontakt) bütün rəqiblərinə qalib gələrək Döyüş Növləri Olimpiadasının qalibi olub. [12]

Hal hazırda Ruslan Tağıyev məşqlərə davam edir.

Həyatı[redaktə | mənbəni redaktə et]

Ruslan Tağıyev 1984-cü ildə SSR Azərbaycanın İmişli rayonunun Qaravəlli kəndində anadan olub. İlk dəfə məşqlərə Faiq Rəfiyevin rəhbərliyi altında məşqlərə başlayır.

Ruslan Tağıyev Məşq edərkən

istinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Karate - Azərbaycan". www.azerbaijans.com. 2023-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-29.
  2. "Karate.Az". az.karate.az. 2023-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-29.
  3. "Karate.Az". az.karate.az. 2023-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-29.
  4. "Kyokushin Federasiyasi". www.akkf.az. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-29.
  5. "Respublikadaxili Yarışlar". aqgf.az. 2023-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-29.
  6. "11th Asia Full Contact Karate Championship 2008". 2023-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-29.
  7. ""Azəriqaz" əməkdaşı dünya çempionu oldu". Axar.Az (az.). 2021-12-07. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-29.
  8. ""Azəriqaz" əməkdaşı dünya çempionu oldu". Foto.info.az (rus). İstifadə tarixi: 2023-05-29.
  9. modern.az. ""Azəriqaz"ın əməkdaşı dünya çempionu oldu". modern.az (az.). İstifadə tarixi: 2023-05-29.
  10. musavat.com https://musavat.com/news/azeriqaz-in-emekdasi-dunya-cempionu-oldu-fotolar_850278.html (#bare_url_missing_title). İstifadə tarixi: 2023-05-29.
  11. "Azərbaycan idmançıları Döyüş Növləri Olimpiadasında uğurla çıxış ediblər". azertag.az (az.). İstifadə tarixi: 2023-05-29.
  12. "Azərbaycan idmançıları Döyüş Növləri Olimpiadasında uğurla çıxış ediblər". azertag.az (az.). İstifadə tarixi: 2023-05-30.