Faiq Sadıqov (tam adı:Sadıqov Faiq Əbülfəz oğlu) — Azərbaycan Respublikası Əməkdar artisti, Prezidentin fərdi təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru (2024)
Faiq Sadıqov | |
---|---|
Faiq Əbülfəz oğlu Sadıqov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Bakı |
Vəfat səbəbi | ağciyər pnevmasiyası |
Dəfn yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor |
Fəaliyyət illəri | 1979–2024 |
Musiqi aləti | Tar |
Təhsili | Gəncədə Qəmbər Hüseynli adına Musiqi məktəbinin tar sinfi, Asəf Zeynallı adına Musiqi Texnikumu, Bakı Musiqi Akademiyası |
Mükafatları |
Faiq Əbülfəz oğlu Sadıqov 10 oktyabr 1948-ci ildə anadan olub. İlk musiqi təhsilini Gəncədə Qəmbər Hüseynli adına Musiqi məktəbinin tar sinfində alıb. Asəf Zeynallı adına Musiqi Texnikumundan məzun olduqdan sonra təhsilini Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) Xalq çalğı alətləri şöbəsində davam etdirib. Burada iki il oxuduqdan sonra dirijorluq sahəsini seçib, Əhəd İsrafilzadədən sənətin sirlərini öyrənib.
1979-cu ildən Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində çalışıb. Bu kollektivlə Avropa və Azərbaycan bəstəkarlarının çoxsaylı əsərlərinin orkestrləşdirilməsinə nail olub.[1]
13 may 2024-cü il tarixində, 76 yaşında Bakı şəhərində vəfat edib.[2]