Faktor analizi

Faktor analizi — dəyişənlərin qiymətləri arasında qarşılıqlı əlaqələri öyrənmək üçün nəzərdə tutulan çoxölçülü metoddur. Qəbul edilir ki, məlum dəyişənlər naməlum dəyişənlərdən və təsadüfi səhvlərdən az asılıdırlar.

Faktor analizinin məqsədi

[redaktə | mənbəni redaktə et]
  • Dəyişənlər arasında qarşılıqlı əlaqənin müəyyən olunması (dəyişənlərin təsnifatı)
  • Verilənlərin təsviri üçün vacib olan dəyişənlər sayının azaldılması

Analiz zamanı öz aralarında korelyasiya olunmuş dəyişənlər bir faktorda birləşirlər. Nəticədə faktorların sadə və anlamlı strukturu əldə olunur. [1]

Faktor analizinin tipləri

[redaktə | mənbəni redaktə et]
  • Determinə olunmuş (funksional) – nəticə göstəruicisi faktorların həndəsi cəmi kimi verilir
  • Stoxastik (korelyasiya) – faktor və nəticəvi göstəricilər arasında əlaqə dəqiq deyil və ehtimala söykənir.
  • Düz (deduktiv) – ümumidən fərdiyə
  • Əksinə (induktiv) –fərdidən ümumiyə
  • Birpilləli və ikipilləli
  • Statistik və dinamik
  1. "Faktor analiz, sistemli analiz" (PDF). 2012-11-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-12-26.