Maşın öyrənməsi və intellektual verilənlərin analizi |
---|
Süni neyron şəbəkələr — bioloji neyron şəbəkələrin təsirindən yaranan riyazi model. Süni neyron şəbəkələr çox vaxt sadəcə neyron şəbəkələr adlandırılır. Neyron şəbəkəsi – insan beynindəki bir-biri ilə birləşmiş sinir hüceyrələrini (neyronları) modelləşdirən kompüter proqramı. Neyron şəbəkələri kompüterə, insanda olduğu kimi, özünü təlim etməklə şablonları tanımağa imkan verir. İnsan beyni kimi, neyron şəbəkələri də yalnız təxmini nəticələr verir, ancaq onların edə bildiyi işləri başqa növ kompüter proqramlarının heç biri effektiv yerinə yetirə bilmir. Şəkildə neyron şəbəkələrinin quruluşu göstərilib. Hər bir neyronun bir neçə girişi və yalnız bir çıxışı olur. Girişlərin bəzisi neyronu həyacanlandırır (aktivləşdirir), başqaları isə buna mane olur (hər biri müəyyən qüvvə ilə). İdeya ondan ibarətdir ki, girişdə konkret bir növ şablon mövcud olduqda, çıxış neyronu aktivləşəcək. Kompüterdə neyronlar və onlar arasındakı birləşmələr ədədlər massivi şəklində təsvir olunur. Neyron şəbəkələrin təlimi heyvanların təliminə bənzəyir. Şablonlar girişə tətbiq olunur və arzu olunan nəticəni almaq üçün sadə alqoritm birləşmələrin çəkisini tənzimləyir. Bir sıra fərqli şablonlardan istifadə etməklə çoxlu təlimlər apardıqdan sonra, neyron şəbəkəsi müəyyən növ şablonları tanımağı “öyrənir”. Proqramçı hətta bu şablonları dəqiq bilməyə bilər, çünki şablonları neyron şəbəkəsinin özü təhlil edir. Neyron şəbəkələrinin müxtəlif sinifləri mövcuddur: çoxqatlı perseptronlar, radial, rekurrent və assosiativ şəbəkələr, özütəşkilatlanan və bulanıq neyron şəbəkələri və s. Neyron şəbəkələrinin köməyilə obrazların tanınması, təsnif etmə, proqnozlaşdırma və başqa məsələlər həll edilir.
Neyron şəbəkələrin yaranma və inkişaf tarixini beş dövrə bölmək olar:
Neyron şəbəkələrdən əsəasən obyektlərin tanınmasında geniş istifadə olunur.
Süni neyron şəbəkələri, iqtisadiyyatın bütün sahələrində istifadə üçün həyatı dəyişdirən tətbiqetmələrin inkişafına yol açır. Veb səhifələrini başqa dillərə tərcümə etməkdən, virtual köməkçi mağazalardan onlayn sifariş edilməsinə, problemi həll etmək üçün söhbət botları ilə danışmağa qədər, intellekt platformaları əməliyyatları sadələşdirir.
Tibb: şiş aşkarlanması(tumor detection), dərman kəşfi (drug discovery),DNT ardıcıllığı (DNA seqencing)
Avtomobil, aerokosmik və istehsalat :Proqnozlaşdırma baxım
Enerji istehsalı: Qiymət və yük proqnozu
Hesablama maliyyəsi: kredit balları, alqoritmik ticarət
Natural language processing(NLP):Səs köməkçisi(voice assistant), Duyğu analizi(emotion analysis)
Neyron şəbəkələrin bir çox növü var. Bunlara misal olaraq: