Perseptron

Perseptronun məntiqi sxemi

Perseptron — 1957-ci ildə Frenk Rozenblat tərəfindən təklif edilmiş və 1960-cı ildə Mark-1 elektron maşını şəklində reallaşdırılmış beyinlə (beyinin kibernetik modeli) qavranılan informasiyanın riyazi və ya kompüter modeli. Perseptron neyron şəbəkələrin ilk modellərindən biri, Mark-1 isə dünyada ilk neyrokompüter oldu. Öz sadəliyinə baxmayaraq, perseptron öyrənməyə, kifayət qədər mürəkkəb məsələləri həll etməyə və qərar verməyə qadirdir.

Perseptron üç tip elementdən ibarətdir: sensorlardan (bunlara tanınan obrazlar və ya vəziyyətlət daxil olur. Sadə perseptronlarda onlar reseptor sahəsinə uyğundur və S-elementlər adlanır.) daxil olan siqnallar assosiativ elementlərə (А-elementləri), sonda isə reaksiya verən elementlərə (А-elementlərinin təsiri altında çıxış siqnalını formallaşdıran R-elementlər) verilir. Müasir terminologiyaya əsasən, perseptronlar süni neyron şəbəkələr kimi təsnif edilmiş ola bilərlər.

  1. bir gizli qatlı
  2. vahid sıçrayış funksiyası ilə
  3. siqnalın düz yayılmasıyla (əks əlaqəsiz)

1969-cu ildə neyron şəbəkələrin məşhurluğunun artması fonunda Marvin MinskiSeymur Peypertin perseptronların prinsipial məhdudiyyətlərini göstərən kitabı çıxıb.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Perseptronların tarixi
  • "Perseptron". Virtual Laboratory Wiki. 2011-08-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-01-17.
  • "Perseptronun yaranması". 2011-08-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-01-17.
  • Perseptron ikilik NAND funksiyasını öyrənmək üçün MATLAB'da yerinə yetirilir