Famil Ramiz oğlu Hüseynov (19 fevral 1968) — Qarabağ müharibəsi iştirakçısı. O, Qarabağ müharibəsində həlak olmuşdur.
Famil Hüseynov | |
---|---|
Famil Ramiz oğlu Hüseynov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Nizami rayonu (Bakı) |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Füzuli rayonu |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Döyüşlər | Qarabağ Müharibəsi |
Famil Hüseynov 19 fevral 1968-ci ildə Bakı şəhərində neftçi ailəsində anadan olub. O, 129 saylı orta məktəbdə təhsilini tamamladıqdan sonra 11 saylı Texniki Peşə məktəbinə daxil olur. Məzun olduqdan sonra hərbi xidmətə yollanır. Hərbi xidmətinin altıncı ayında qəza hadisəsi baş verir. Məhz bu hadisənin nəticəsində Famil əlil olur və hərbi xidmətdən Vətənə qayıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində kəşfiyyat-qazma idarəsində çilingər işləməyə başlayır.
1992-ci ildə qardaşı Fuad ilə bərabər könüllü olaraq cəbhəyə yollanmışdır. İçərisində olduğu avtomobilin minaya düşməsi nəticəsində şəhid olmuşdur.
Şəhidlər Xiyabanında dəfn edilmişdir.