Nizami rayonu — Bakıda rayon.
Nizami rayonu | |
---|---|
40°24′35″ şm. e. 49°55′09″ ş. u.HGYO | |
Ölkə | |
Başçı | Coşqun Cəbrayılov |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1980-cı ilin noyabr |
İlk məlumat | 1980 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 32 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | (+994 12) 422 10 01 |
Digər | |
nizami-ih.gov.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycanın Dahi şairi Nizami Gəncəvinin adını daşıyan rayon 1980-cı ilin noyabr ayında yaradılmışdır. Rayonun ərazisi 19,6 km2-dir.
Keşlə qəsəbəsi rayonun inzibati ərazi bölgüsünə daxildir.Ərazisi 10,4 km2-dir. Qəsəbədə Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi fəaliyyətdədir.
Rayonda Nizami Rayon İcra Hakimiyyəti başçısının 1, 2 və 3 nömrəli sahə inzibati ərazi dairələri yaradılmış və bu sahə inzibati ərazi dairələrində Rayon İcra Hakimiyyəti başçısının nümayəndəlikləri fəaliyyət göstərir.
İnzibati ərazi dairəsinin sahələri:
Rayon əhalisinin sayı 201.800 nəfər təşkil edir. ( 1yanvar 2021 )
Rayonda yerli özünüidarəetməni Nizami və Keşlə bələdiyyələri həyata keçirir.
Rayon, Nərimanov, Sabunçu, Suraxanı və Xətai rayonlarının inzibati əraziləri ilə əhatə olunur.
Heydər Əliyev, Qara Qarayev və Babək prospektləri, son illərdə yeni inşa olunmuş yolötürücü kompleksləri ilə yanaşı, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər” və “Xalqlar Dostluğu” metro stansiyaları şəhərin yol-nəqliyyat infrastrukturunda xüsusi əhəmiyyətlidir.
Sənayenin müxtəlif sahələrini özündə birləşdirən Nizami rayonunda bir çox zavod, müəssisə, 18 bank filialı, 3 saylı Rabitə Xidmətləri Mərkəzi, rabitə şöbələri, iri ticarət və iaşə mərkəzləri fəaliyyət göstərir.
Bütün Azərbaycanda "Vosmoy" qəsəbəsi kimi məşhur olan, müstəqillikdən sonra Azərbaycanca tərcümə olunaraq "8-ci kilometr" adlanan qəsəbə rayonun əsas qəsəbəsidir.
Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |