Famil Hüseyn oğlu Məmmədov (t.e.d., professor) — texnika elmləri doktoru, professor, Azərbaycan Texniki Universiteti, Azərbaycan Respublikası Milli Məclisinin II çağırış[1] deputatı.
Famil Məmmədov | |
---|---|
Famil Hüseyn oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Cəfərli (İmişli), İmişli, Azərbaycan SSR, Azərbaycan Respublikası |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Elm sahəsi | İnformasiya-Kommunikasiya Texnoloqiyaları |
Elmi dərəcəsi | Texnika Elmləri Doktoru |
Elmi adı | Professor |
İş yeri | Azərbaycan Texniki Universiteti |
Alma-mater | Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu |
Təhsili | Rabitə Mühəndisi |
Üzvlüyü | Yeni Azərbaycan Partiyası |
Texnika elmləri doktoru, professor Famil Hüseyn oğlu Məmmədov 01 aprel 1943-cü ildə İmişli rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indki Azərbaycan Texniki Universitetini) “Avtomatik Elektrik Rabitəsi” ixtisası üzrə bitirmişdir.1965-1967-ci illlərdə gənc mütəxəssiz kimi təyinatla Qazaxıstan Respublikasının Karaqanda şəhərində “Karaqandaenerji” idarəsinin rabitə xidməti şöbəsində mühəndis vəzifəsində işləmişdir. 1971-1974-ci illərdə professor М.А.Bonç-Bruyeviç adına Leninqrad Elektrotexnika Rabitə İnstitututun (indiki, М.А.Bonç-Bruyeviç adına S.Peterburq Dövlət Telekommunikasiya Universi-tetin) məqsədli aspiranturasında təhsilini davam etdirmişdir.1975-ci ildə orada 05.12.15 – “Rabitə kanalları üzrə informasiya verilişi sistemləri və vasitələri” ixtisası üzrə dissertasiya müdafə edərək, texnika elmləri namizədi alimlik dərəcəsini almışdır. 1996-cı ildə “A.S. Popov adına Ukrayna Dövlət Rabitə Akademi-yasında” 05.12.14 -“Telekommunikasiya nəzəriyyəsi”, 05.12.02 - "Telekommunikasiya sistemləri və onların idarə edilməsi” ixtisasları üzrə dissertasiya müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almışdır.1997-ci ildə onun dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Kommissiyası tərəfindən nostrifikasiya və təkrar attestasiyadan keçirilmiş və ona texnika elmləri doktoru alimlik dərəcəsi verilmişdir. 2003-ci ildən professor, 2004-cü ildən Beynəlxalq Mühəndislik Akademiyası-nın muxbir üzvü, 2013-cü ildən Beynəlxalq Rabitə Akademiyasının akademikidir.
Ailəlidir, üç övladı var.
1967-1971-ci illərdə Azərbaycan Texniki Universiteti-nin "Elektrik rabitəsi" kafedrasının assistenti, 1975-1978-ci illərdə həmin kafedranın dosenti və "Radiotexnika və elektrik rabitəsi" fakultəsinin tədris işləri üzrə dekan müavini vəzifələrində işləmişdir. 1978-ci ildə ona Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komisiyası tərəfindən dosent elmi adı verilib. 1979-1995-ci illərdə Azərbaycan Texniki Universitetin Elektrotexnika fakültəsinin dekanı vəzifəsində çalışıb və bu dövrlərdə tədris nizam-intizamının möhkəmləndirilməsi, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, təhsil standarlarının, tədris planlarının, proqramlarının təkmilləşdirilməsi və onların beynəlxalq standartlar səviyyəsinə çatdırılmasında əməli fəaliyyət göstərmişdir. 1992-ci ildə onun təşəbbüsü ilə Т180 300 – "İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri" ixtisası bazasında Telekommunikasiya şəbəkələri və texnologiyaları" (keçmiş "İnformasiya şəbəkələri və sistemləri") kafedrası yaradılmış və həmin ildən etibarən 2016-cı ilə dək bu kafedraya rəhbərlik etmişdir. Rəhbərliyi dövründə kafedranın nəzdində əlavə olaraq Т160 400– "Şəbəkələr, rabitə sistemləri və infor-masiyanın paylanması", Т160 200– "Elektron poçt rabitəsi" və T160 700– "Telekommunikasiya sistemlə-rinin informasiya təhlükəsizliyi" adlı dövlət əhəmiyyətli açılmış ixtisaslar üzrə kadr hazırlığına başlan-mışdır. Bu ixtisaslar üzrə beynəlxalq standartlara uyğun tədris planları, fənn proqramları, tədris metodiki komplekslər, elektron kitabxana, informasiya–kommunikasiya texnologiyaları bazasında İnternetə qoşulmuş lokal kompüter şəbəkələri, eləcə də Sloveniya Respublikasının İskratel şirkətinin məhsulu olan Yeni Nəsil Şəbəkə (NGN) bazasında laboratoriya bazası yaradılıb tələbələrin istifadəsinə verilmişdir. Kafedrada müntəzəm olaraq aparılan dövlət büdcəli, Rusiyanın elmi — tədqiqat institutlarının və respublikamızın telekommunikasiya istehsalat müəssisələrinin sifarişi ilə yerinə yetirilən çoxsaylı təsərrüfat hesablı elmi- tədqiqat işlərinə elmi rəhbərlik etmiş, bu işlərdən alınan elmi nəticələrin uyğun elmi və istehsalat müəs-sisələrində tədbiq olunmasına nail olmuşdur. Telekommunikasiya sahəsi üzrə 250-dən artıq elmi – metodiki əsərlərin müəllifidir. Onlardan 2-si monoqrafiya, 1-i ixtira, 40-ı dərslik, dərs vəsaitləri və metodiki göstərişlərdir, digərləri Müstəqil Dövlətlər Birliyi və digər xarici ölkələrin mərkəzi elmi-texniki jurnallarında, beynəlxalq, respublika elmi-texniki konfrans və seminar materiallarında çap olunmuş elmi nəqalələr, dövlət büdcəli və təsərrüfat hesablı elmi işlər üzrə dövlət qeydiyyatından keçmiş elmi hesabatlardır. Onun bilavasitə elmi rəhbərliyi altında telekommunikasiya sahəsi üzrə 5 elmlər namizədi, bir nəfər texnika üzrə fəlsəfə doktoru, 2 elmlər doktoru yetişdirilmişdir. 2000-2006-cı illərdə Azərbaycan Texniki Universitetin tədris işləri üzrə prorektoru vəzifəsində işləmiş və çoxşaxəli tədris prosesinə rəhbərlik etmişdir. Bu dövrlərdə O, Azərbaycan Respublikası Təhsil nazirliyinin metodiki şurasının "Eloktronika və rabitə" bölməsinin, işlədiyi universitetin təhsil komissiyasının sədri olmuşdur. 1996-1997-ci illərdə Azərbaycan Respub-likasının Rabitə Nazirinin müşaviri, 1997-2000-ci illərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirinin telekommunikasiya sahəsi üzrə ictimai əsaslarla müşaviri vəzifələrində işləmişdir. 2009-2010-cu illərdə Аzərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının texnika elmləri (informatika və energetika sahələri) üzrə ekspert şurasının sədri, 2017-2019-cu illərdə həmin ekspert şurasının üzvü olmuşdur. 2016-2019 –cu illərdə Azərbaycan Texniki Universitetin "Rabitə şəbəkələri və kommutasiya sistemləri" kafedrasında professor vəzifəsində işləmiş və hazırda elmi fəaliyyətini "Telekommunikasiya və informasiya təhlükəsizliyi" kafedrasının məsləhətçi professoru vəzifəsində davam etdirir.
Yeni Azərbaycan Partiyasının üzvüdür. 2000-ci ildə II çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə iştirak edərək 68 saylı İmişli seçki dairəsindən Milli Məclisin deputatı seçilmiş və orada Elm və Təhsil məsələləri daimi komissiyasının üzvü olmuşdur. 2000- 2005-ci illərdə deputatlıq fəaliyyəti dövründə “Əqli mülkiyyət hüququnun qorunması”, “Elektron imza və elektron sənəd”, “İnteqral sxemlərin topoloqiyaları”, “Telekommunikasiya” və “Təhsil” qanunlarının işlənməsinə dair yaradılan işçi qrupların rəhbəri və ya üzvü olmuş, bu qanunların hazırlanması, müzakirəsi və qəbul olunmasında bilavasitə iştirak etmişdir.