Furi və Hekla boğazı (ing. Fury and Hecla Strait) — Baffin Torpağı adasını materikdə yerləşən Melvill yarımadasından ayırır. Buthia körfəzi ilə Foks körfəzini birləşdirir. Uzunluğu 190 km, eni isə 50 km-ə yaxındır. İlin böyük qismi buzla örtülü olur. Boğaz 1822-ci ilin iyul ayında Vilyam Parri tərəfindən aşkarlanır. Boğazı keçməyə cəhd etsə də, buzun qalınlığı onun irəliləməsinə imkan vermir. Boğaza maraq daim aktual olur, səbəb isə onun şimal dəniz yolunun üzərində yerləşməsidir. Parri boğazı gəmilərinin şərəfinə adlandırmışdır. Cozef Berne boğazı 1911-ci ildə keçmək istəsə də bir nəticə əldə etməmişdir[1].
Fury və Hekla boğazı | |
---|---|
ing. Fury and Hecla Strait | |
Ümumi məlumatlar | |
Eni | minimum 50 km |
Uzunluğu | 190 km |
Yerləşməsi | |
69°49′59″ şm. e. 94°00′00″ q. u.HGYO | |
Ölkə | Kanada |
Akvatoriyası | |
Ayırır | Baffin Torpağı adasını Melvill yarımadasından |
|
|
|