Melvill yarımadası

Melvill (ing. Melville Peninsula) — Kanadanın şimalında yerləşən yarımada.

Melvill yarımadası
Ümumi məlumatlar
Sahəsi 62,564 km²
Yerləşməsi
68°00′ şm. e. 84°00′ q. u.
Akvatoriya Foks körfəzi
Ölkə  Kanada
Melvill yarımadası xəritədə
Melvill yarımadası
Melvill yarımadası

Melvill yarımadasının şərqində Foks körfəzi, qərbdə isə Kommitti körfəzi onun sahillərini yuyur[1]. Yarımada Kanada artikasında ən iri yarımadadır. 1999-ci ildən Nunavut vilayətinin Kikiktani regionuna verilmişdir. Buna qədər isə Kanadanın Şimal-Qərb ərazilərinə daxil idi. Ən hündür nöqtəsi 564 m, sahəsi 62,564 km², uzunluğu 400 km, 113–217 km təşkil edir.

Fari və Hekla boğazı yarımadanı Baffin Torpağı adasını ayırır. Frozen-Streyt boğazı isə Sautqemptom adasını yarımadadan ayırır. Yarımada materikdən Rey bərzəği vastəsi ilə birləşir. Bərzəx araşdırmaçı Con Reyın şərəfinə adlandırılmışdır[2]. Bitkiləri əsasən Tundrada bitən mamır və şibyələrdən ibarətdir. Yarımadanın cənubunda kiçik qəsəbə olan Repals-Bey, şərq hissədə isə Holl-Biç qəsəbəsi yerləşir. Bu yaşayış məntəqələri əsasən bölgədə mövcud olan ov heyvanlarının tədarükü ilə salınmışdır[3].

  1. "Böyük Sovet ensiklopediyası. Melvill (yarımadası)". 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-20.
  2. "Answer.com. Melville Peninsula". 2013-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-20.
  3. "The Canadian Encyclopedia. Melville Peninsula". 2005-05-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-20.