Farqeza katalpası

Farqeza katalpası (lat. Catalpa fargesii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin katalpa cinsinə aid bitki növü.

Farqeza katalpası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Qərbi Çinin subtropik və isti iqlimli ərazilərindəki meşələrdə bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 20 m-ə çatan, ulduzvari-tüklü cavan zoğlu, yarpağını tökən ağacdır.Yarpaqları ucu biz və ya yumru, ürəkşəkilli, qarşı-qarşıya düzülüşlü, uzunluğu 20 sm-ə qədər olub, uzun saplaqlıdır. Kənarları bütöv və ya çıxıntılı, sadədir. Yarpaq ayasının üst səthi bir az tüklü, alt tərəfi isə çox tüklüdür, saplağın uzunluğu 10 sm-dir, sürtüldükdə xoşagəlməz qoxuludur. Çiçəklərinin uzunluğu 3,5 sm, rəngi çəhrayı və ya çəhrayı-qırmızıdır, 7-15 ədəd olmaqla, süpürgə çiçək qrupuna yığılmışdır. Çiçək tacı içəri tərəfdən xallıdır.

Sərt qışda zoğlar, adətən donur. Qışın sərt keçməsinə baxmayaraq katalpa hər il çiçəkləyir, lakin meyvə vermir. Bitki küləkdən yaxşı qorunan yerlərdə çətirinin gözəlliyini saxlaya bilir və şaxtalarda donmur.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Bakı, Gəncə, Şəki və s. şəhər və rayonlarda həyətyanı sahələrdə mədəni şəraitdə becərilir.

Cinsin digər növlərinə nisbətən yarpaqları tez açılır və payızın axırlarına qədər rəngini dəyişmədən yaşıl qalır. Parkların və şəhər əkinlərinin yaşıllaşdırılması üçün məsləhət görülən dekorativ növdür.