Fars yasəməni

Fars yasəməni (lat. Syringa × persica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü.

Fars yasəməni
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Əfqan yasəməninin kəsilmiş yarpaq yasəmənlə çarpazlaşması yolu ilə alınmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

İran yasəməni 2 m-dək hündürlüyündə, çox şaxələnmiş budaqları olan koldur. Cavan budaqları çox zəif tükcüklüdür. Daha iri budaqları boz və ya qonur rəngli, pulcuqlu, sallaq, nazikdir. Yarpaqları kağızvari və ya dərili, hamar, bütöv, uzunluğu 2-4 sm-dir. Xırda yarpaqları bölünmüş deyil, neştərvari, enli-neştərvari və ya ensiz-oval formalı, eni 1 sm-dək, bünövrəyə tərəf daralmış, ucu bizdir. Çiçək qrupları çoxçıçəkli, yuxarı yan tumurcuqlardan inkişaf edir, uzunluğu 5-10 sm və eni 5-7,5 sm, yumurtavari formalı, şaxələnmiş, nazik oxludur. Yan çiçək qrupları budaqlardan qısadır. Çiçəkləri ağ-bənövşəyi və ya ağ rəngli, qoxuludur. Çiçək tacının borucuğu silindrik və ya zəif qıfvari formalıdır, uzunluğu təxminən 1 sm-dir. Meyvəsi künclərində çox ensiz qanadlı, diametri 0,3 sm, tünd narıncı, yuxarı hissəsi küt və ya bəzən iti, dörd hissəli qutucuqdur. Çiçəkləməsi mayda başlayır və iyunadək davam edir. Toxumu iyul-avqustda yetişir.

Quraqlığa, soyuğa davamlıdır. Rütubətli, humuslu, gilli torpaqlara üstünlük verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Mədəni səraitdə bir çox rayonlarda becərilir.

Tək, qrup, mürəkkəb əkinlərdə, canlı hasarların salınmasında istifadə edilir.