Syringa

Yasəmən (lat. Syringa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinə aid bitki cinsi.

Yasəmən
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Bura Cənub-Şərqi Avropada (Macarıstan, Balkanlar) və Asiyada yabanı halda bitən 10 növ daxildir. Ətirli çiçəkləri olan bu sarmaşıq kolu yabanı vəziyyətdə Lənkəran dağlarında rast gəlinir. Məhəmməd Mömin göstərir ki, bü gülü iyləmək başağrılarında, beynini möhkəmlətməkdə kömək edir. Yasəmənin cövhərini xaricdən istifadə edərkən baş ağrılarına kömək edir.

Ətirli çiçəkləri olan yasəmənin sarmaşıq kolu yabanı vəziyyətdə Lənkəran dağlarında rast gəlinir. Yasəmən gülünü iyləmək başağrılarında, beynini möhkəmlətməkdə kömək edir.

Yasəmən güllərinin kompresi dəri çillərini təmizləyir və üzü qızardır. Xaricdən istifadə edilən yasəmən yarpaqlarından məlhəm ereksiyanı gücləndirir. Yasəmən cövhəri saçları açıq boyayır, daha doğrusu, onları rəngsiz edir. Həddindən artıq qəbul etsən başağrısı əmələ gətirir. Bu halda bənövşə, qızılgül və sirkə onu tarazlaşdırır.

Böyük yasəmənin yarpaqları dəri xəstəliklərində, ağız yaralarında və diş ağrısında işlədilir. Yarpaqlarının təzə şirəsi döymələri (mozolları) yumşaldır. Çiçəklərin həlimi gözün yuyulması üçün tətbiq edilir, güllərinin cövhəri isə kosmetikada istifadə olunur.

Müasir elmi təbabətdə yasəmənin geniş istifadəsi öz yerini tapmamışdır. Yasəmən çiçəklərindən, tərkibində keton, jasmon və indol olan yasəmən yağı alırlar. Parfumeriya və kosmetikada istifadə edilir.[3]

  1. Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 9. doi:10.5962/BHL.TITLE.746
  2. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 9.
  3. "Şəfalı bitkilər". 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-24.