Fateh Vilhelm

Fateh I Vilhelm (ing. William I the Conqueror, William the Bastard, fr. Guillaume le Conquérant, Guillaume le Bâtard; 1027/10289 sentyabr 1087) — 1035-ci ildən Normandiya hersoqu, 1066-cı ildən İngiltərə kralı olmuşdur, Normand sülaləsinin banisidir.

I Vilhelm
ing. William I the Conqueror
anqlosaks. Wilhelm se Gehīersumiend
fr. Guillaume le Conquérant
norm. Gllâome lé Counqùéreus
Şəxsi məlumatlar
Doğum adı Guillaume
Doğum tarixi ən tezi 1027ən geci 1028[1]
Doğum yeri
Vəfat tarixi 9 sentyabr 1087[1]
Vəfat yeri
Dəfn yeri
  • Müqəddəs Stefan abbatlığı[d]
Fəaliyyəti hərbi qulluqçu, monarx
Ailəsi Normand sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Vilhelm 14 oktyabr 1066-cı ildə Hastinqs döyüşündə İngiltərə kralı və Anqlosakson qüvvələrinə liderlik edən Harold Qodvinsonla qarşı-qarşıya gəlmiş və nəticədə İngiltərəni fəth etmişdir ("Fateh" ləqəbi buradandır). Vilhelm, qısa zamanda bütün İngiltərəni fəth etdi və ölkə sistemini dəyişdirdi. Bu gün qanlı müharibə baş verən sahədə olan muzey, müharibənin nə qədər şiddətli olduğu haqqında kifayət qədər nümunəyə sahibdir.[2]

Vilhelm Fatehə aiddir:

  • Yerli feodalların torpaqlarının müsadirə edilməsi;
  • İri və orta feodalların tabe edilməsi;
  • İngiltərə torpaqlarının yeddidə birinə sahib olması;
  • Kral hakimiyyətinin gücləndirilməsi;[3]
  1. 1 2 3 4 Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.
  2. "Tarixin gedişatını dəyişən müharibələr". 2014-08-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.
  3. "İngiltərə XI-XVII əsrlərdə". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-12.