Fatih Gültəkin (1966, Konya) — Türk alim, professor, həkim, Loğman Həkim Universitetinin rektoru.
Fatih Gültəkin | |
---|---|
Loğman Həkim Universitetinin rektoru | |
Vəzifədədir | |
2022-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1966 |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | tədqiqatçı, həkim |
Elmi fəaliyyəti | |
Elmi adı |
Fatih Gültəkin 1966-cı ildə Konyada anadan olub. 1990-cı ildə Səlcuq Universitetinin Tibb fakültəsini bitirdikdən sonra Konya xəstəxanasının təcili yardım şöbəsində çalışıb. Bu müddət ərzində o, həmin universitetdə təhsilini davam etdirərək 1996-cı ildə alkoqol qəbul edənlərdə plazma, eritrosit və leykosit lipid peroksidləşməsinin və antioksidant fermentlərin fəaliyyətinin tədqiqi üzrə dissertasiyasını müdafiə edərək biokimya üzrə doktorluq dərəcəsini bitirib.[1] 1997-ci ildə İsparta Süleyman Dəmirəl Universiteti Tibb Fakültəsinin Biokimya kafedrasında assistent, 2002-ci ildə isə dosenti olub. 2007-ci ildə professor elmi adını alıb.[2][3]
2015-ci ildə Alanya Ələddin Keykubat Universitetinin Tibb fakültəsinin təsisçi dekanı vəzifəsinə təyin edilib. Dekan olduğu müddətdə o, eyni zamanda prorektor vəzifəsində də çalışıb. Tibb fakültəsinin yaradılması prosesi müvəffəqiyyətlə başa çatdıqdan sonra 2017-ci ildə Səhiyyə Elmləri Universitetinə keçib.
2022-ci ildə Loğman Həkim Universitetinin rektoru təyin olunub.
Evlidir, 4 övladı var.
Fatih Gültəkin dosent kimi çalışdığı illərdə Fulbright təqaüdü qazanıb və tədqiqat aparmaq məqsədilə ABŞ-yə gedib. O, melatonin hormonu ilə bağlı tədqiqatlar aparıb və San Antoniodakı Texas Universitetinin Tibb Elmləri Mərkəzində qida əlavələri ilə bağlı seminarlar verib. 2012-ci ildə Türkiyə Elmlər Akademiyasının (TÜBA) həqiqi üzvü seçilib.[2]
Beynəlxalq Sağlamlıq və Qidalanma Jurnalının baş redaktorudur. Onun milli və beynəlxalq jurnallarda dərc edilmiş və konqreslərdə təqdim olunmuş yüzdən çox tədqiqatı var. Qida əlavələri onun əsas tədqiqat sahəsidir və onun bu mövzuda 4 kitabı var.