Loğman Həkim Universiteti — Ankarada yerləşən özəl Türkiyə universiteti. Sevgi Vəqfi tərəfindən 2017-ci ildə vəqf universiteti olaraq yaradılıb. 2018–2019-cu tədris ilində akademik fəaliyyətə başlayıb. Loğman Həkim Universiteti 1996-cı ildə yaradılmış Loğman Həkim Sağlamlıq Qrupunun bir hissəsidir. Universitet iki dildə, türk və ingilis dillərində təhsil verir.
Loğman Həkim Universiteti | |
---|---|
Lokman Hekim Üniversitesi[1] | |
39°54′36″ şm. e. 32°47′24″ ş. u.HGYO | |
Əsası qoyulub | 2017 |
Rektor | Fatih Gültəkin |
Tələbə sayı | 4.800 |
Ölkə | |
Sayt | lokmanhekim.edu.tr |
Vikianbarda əlaqəli mediafayllar |
Loğman Həkim Universiteti 1996-cı ildə Ankarada yaradılan Loğman Həkim Sağlamlıq Qrupunun bir hissəsidir. Universitet 2017-ci ildə Sevgi Vəqfi tərəfindən vəqf universiteti kimi yaradılıb.[2] 2018–2019-cu tədris ilində isə akademik fəaliyyətə keçib.
2008-ci ildə xidmətə başlayan Loğman Həkim Ankara Xəstəxanası, 1 yanvar 2020-ci il tarixindən etibarən "Loğman Həkim Universiteti Ankara Xəstəxanası" olaraq müalicə xidmətləri ilə yanaşı akademik fəaliyyətlərlə də məşğul olmağa başlayır. 2021-ci ildə Loğman Həkim Sağlamlıq Qrupu, "Loğman Həkim Universiteti Söğütözü Diş Xəstəxanası"nı istifadəyə verib.[3]
Universitet 12 avqust 2020-ci ildə Səhiyyə Xidmətləri Peşə Məktəbi daxilində İlk və Təcili Yardım Texniki və Anesteziya Texniki Proqramları ilə ilk məzunlarını verib.[4]
Hazırda universitetin rektoru Fatih Gültəkindir.
Loğman Həkim Universiteti Tibb fakültəsi, Stomatologiya fakültəsi, Əczaçılıq fakültəsi, Sağlamlıq Elmləri fakültəsi, İdman Elmləri fakültəsi olmaqla 5 fakültə üzrə tədris verir. Universitet daxilində Sağlamlıq Xidmətləri Peşə Məktəbi, Səhiyyə Elmləri İnstitutu fəaliyyət göstərir. Universitetdə 4800-ə yaxın tələbə təhsil alır.[4] Universitetin Tətbiq və Tədqiqatlar Mərkəzinin tərkibində 16 mərkəz fəaliyyət göstərir.[5]
Səhiyyə elmləri sahəsində milli və beynəlxalq işləri dərc edən universitetə bağlı Lokman Hekim Health Sciences beynəlxalq jurnalı fəaliyyət göstərir. Hər il aprel, avqust və dekabr aylarında 3 buraxılışı dərc olunur.[6]