Fatma Girik (12 dekabr 1942[1], İstanbul, Türkiyə – 24 yanvar 2022, İstanbul, Türkiyə[2]) — türk aktrisası, siyasətçi, rejissor, ssenarist. Yeşilçamın önəmli simalarından biri. Əsasən filimlərdə yaratdığı güclü qadın obrazları ilə tanınıb. O, 1989–1994-cü illərdə Sosial Demokrat Xalq Partiyasından Şişli Bələdiyyə Başçısı olub.[3]
Fatma Girik | |
---|---|
türk. Fatma Girik | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Türkiyə |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | İstanbul, Türkiyə |
Vəfat səbəbi | COVID-19 səbəbiylə ağır orqan çatışmazlığı |
Milliyyəti | türk |
Vətəndaşlığı | Türkiyə |
Həyat yoldaşı | Memdüh Ün |
Fəaliyyəti | aktrisa, siyasətçi, rejissor, ssenarist |
Fəaliyyət illəri | 1957–2012 |
Təhsili | |
Tanınma səbəbi | kino akrtisası, siyasətçi |
Mükafatları |
Antalya Qızıl Portağal kinofestivalı Ən yaxşı qadın roluna görə Keşanlı Əli dastanı (1965) Qız (1967) |
IMDb | ID0320883 |
Fatma Girik 1942-ci ildə İstanbulda balıqçı Hayri Girik və fabrik işçisi Münnəvər Girikin ailəsində dünyaya gəlib anadan olmuşdur.[3] Fatmaya uşaq ikən cəsur xasiyyətinə görə "Oğlan Fatma" (erkek Fatma) deyirdilər. 1955-ci ildə, 13 yaşında, "Günahkar Baba" filmində kiçik bir rol oynayaraq, ilk filminə çəkilib.[4]
1957-ci ildə "Ləkə" filmində baş rolu oynamışdır. Bundan sonra o, müntəzəm olaraq filmlərə çəkilməyə başladı. 1960-cı ildə Memdüh Ünanın "Ölüm arxamızda" filmində oynadığı bu rol Giriki məşhurlaşdırdı. O, "Ezo Gelin", "Boş Beşik" kimi filmlərdə də rol alıb. Fatma Girikin şöhrətinin zirvəsi 1960–70-ci illərə təsadüf edir. Əvvəlcə zəif qızları canlandırsa da, getdikcə ona şöhrət gətirən güclü, məqsədyönlü qadın rollarını oynamağa başladı. Girik filmlərlə yanaşı, seriallarda da rol alıb.[4] Fatma Girik 180-dən artıq bədii filmə çəkilmişdir. 90-cı illərdə o, bir müddət televiziya aparıcılığı da etmişdir.
1965-ci ildə Fatma Girik "Keşanlı Əli dastanı" filmindəki roluna görə Antalya Qızıl Portağal kinofestivalında ilk mükafatını alıb. Girik aktyorluq karyerası ilə yanaşı siyasətlə də məşğul olub. 1989-cu ildə Sosial Demokrat Xalq Partiyasından Şişli Bələdiyyə Başçısı seçilib.[4]
Girik Memdüh Ünün rejissorluğu ilə bir çox filmlərdə rol almışdır. Onunla təkcə peşəkar deyil, həm də sevgi münasibətləri var idi, lakin onlar bir-birləri ilə heç vaxt rəsmi nikahda olmayıblar.[4]
Girik 24 yanvar 2022-ci ildə müalicə aldığı özəl xəstəxanada COVID-19 səbəbiylə ağır orqan çatışmazlığından 79 yaşında vəfat etmişdir.[5]