Fatma xanım Qədir qızı Qədri (1 (14) aprel 1907[1], Odessa, Xerson quberniyası[2] – 29 fevral 1968[2], Bakı[2]) — Azərbaycan teatr aktrisası, Azərbaycanda ilk peşəkar teatr təhsili görmüş qadın-aktrisa, Azərbaycan SSR xalq artisti (1943).[3]
Fatma Qədri | |
---|---|
Doğum tarixi | 1 (14) aprel 1907[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 29 fevral 1968[2] (60 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktrisa |
Təhsili | |
Teatr |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Milli səhnəmizin ilk peşəkar aktrisalarından olan yüksək səhnə mədəniyyəti örnək sayılan, zəngin dünyagörüşlü, geniş mütaliəli ziyalı, ciddi xarakterli ifaçısı Fatma xanım Qədir qızı 14 aprel 1907-ci ildə Qərbi Rusiyanın Odessa şəhərində doğulmuşdur. Rus dilində təhsil almış və yeniyetmə yaşlarından ailəsi Bakıya köçən Fatma xanım Azərbaycan Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu almışdır.
Fatma Qədir qızı Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir (1926).[4] Səhnə fəaliyyətinə 1926-cı ildə Bakı Türk İşçi Teatrında başlamış, burada Nübar ("Cancur Səməd", M. Əfəndiyev; J. B. Molyerin "Zorən xəstə" əsərinin təbdili), Sürucuin ("Hind qızı", Ə. Hamid), Oa-Şen ("Çin tanrısı", F. Pavlovun "Tunc büt" əsəri üzrə), Gülüş və Sevil ("Sevil", C. Cabbarlı), Xumar ("Şeyx Sənan", H. Cavid), Esmeralda ("Paris Notrdam kilsəsi", V. Hüqonun eyniadlı əsəri üzrə), Gülbahar ("Anamın kitabı", C. Məmmədquluzadə) kimi səhnə obrazları yaratmışdır. 1932–1935-ci illərdə Bakı Rus Dram Teatrının aktrisası olmuş, 1936-cı ildən Azərbaycan Milli Dram Teatrında işləmişdir.[5] Əsas rolları: Maşa ("Dubrovski", A. S. Puşkin), Xuraman ("Vaqif", S. Vurğun), Cülyetta, Emiliya ("Romeo və Cülyetta", "Otello", U. Şekspir), Luiza ("Məkr və məhəbbət", F. Şiller), Larisa, Katerina ("Cehizsiz qız", "Tufan", A. Ostrovski), Polina ("Ögey ana", O. Balzak), Gültəkin ("Aydın", C. Cabbarlı), Məhəbbət ("Məhəbbət", M. İbrahimov). 1933-cü ildən pedaqoji fəaliyyət göstərmişdir.