Xerson quberniyası

Xerson quberniyası (rus. Херсонская губерния) — 1803–1922-ci illər aralığında Rusiya imperiyası daxilində mövcud olmuş inzibati-ərazi vahidi, quberniya. Xerson quberniyasının inzibati və siyasi mərkəzi indiki Ukraynanın Xerson şəhəri olmuşdur. 71 min kvadrat kilometr ərazini əhatə edən quberniyada təxminən 2.733 min nəfərə yaxın əhali yaşamışdır.

Xerson quberniyası
rus. Херсонская губерния
Gerb[d]
Gerb[d]

46°37′59″ şm. e. 32°36′00″ ş. u.HGYO


Ölkə Rusiya İmperiyası
İnzibati mərkəz Xerson
Tarixi və coğrafiyası
Yaradılıb 1803
Ləğv edilib 1922
Əhalisi
Əhalisi
  • 3.215.700 nəf.
Xerson quberniyası xəritədə
Xerson quberniyası xəritədə
Ardıcıllıq
← Novorossiysk quberniyası[d] Odessa quberniyası[d] →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1897-ci ildə Rusiya imperiyasında aparılmış ümumi siyahıyaalmayanın nəticələrinə görə quberniya şimal-qərbdən Podolsk quberniyası, şimaldan Kiyev general-quberniyası, şimal-şərqdən Poltava quberniyası, şərqdən Yekaterinoslav quberniyası, cənub-şərqdə Tavrida quberniyası, cənubda Qara dənizBessarabiya quberniyası ilə həmsərhəd idi.

Xerson quberniyası müasir dövrdə Ukraynanın Nikolayev vilayəti, Kirovoqrad vilayəti, Odessa vilayəti kimi əraziləri tamamilə Xerson vilayətiDnepropetrovsk vilayətini isə qismən əhatə etməkdədir.

Quberniyanın iqtisadiyyatı əsasən kənd təsərrüfatına əsaslanırdı. Taxıl biçini zamanı imperiyanın müxtəlif bölgələrindən mövsümlük işləmək üçün on minlərlə kəndli kənd təsərrüfatı işçisi kimi buraya gəlir və burada işləyirdilər. Ənənəvi kənd təsərrüfatı sahələrindən başqa un dəyirmanı, distillə, metal emalı, dəmir hasilatı, çuğundur-şəkər emalı və kərpic sənayesi kimi imperiyanın hər quberniyasında olmayan bəzi xüsusi sahələr də, burada geniş inkişaf etmişdir.

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

Yekaterinoslav general-qubernatorluğu 7 qəzadan (inzibati mərkəzləri mötərizədə) ibarət idi:

Qəza Şəhər Gerb Ərazi Əhali
Transliterasiya Kiril qrafikası
Aleksandriya Александрійскій Aleksandriya
11,165 km2
(4,311 kv. mil)
327,199
Ananiv Ананьевскій Ananiv
10,289.2 km2
(3,972.7 kv. mil)
187,226
Yelizavetqrad Елисаветградскій Yelizavetqrad
15,866.8 km2
(6,126.2 kv. mil)
507,660
Odessa Одесскій Odessa
10,552.1 km2
(4,074.2 kv. mil)
532,729
Tiraspolsky Тираспольскій Tiraspol
7,228.9 km2
(2,791.1 kv. mil)
206,568
Xerson Херсонскій Xerson
19,553 km2
(7,549 kv. mil)
532,956
Nikolayev hərbiləşdirilmiş quberniyası Николаевское воѣнное губернаторство Nikolayev
197.3 km2
(76.2 kv. mil)
92,000

Əsas şəhərlər

[redaktə | mənbəni redaktə et]
1897-ci ildə Rusiya imperiyasında aparılmış əhalinin ümumi siyahıyaalınmasına əsasən;

1858-ci ilə qədər əhalinin üçdə biri (hərbi mükəlləflər, admiral məskənləri, xarici kolonistlər və s.) hərbi vəziyyətə tabe idi. Quberniyanın 1812-ci ildə təxminən 245.000 əhalisi var idi; 1851-ci ildə 893.000; 1863-cü ildə 1.330.000; 1885-ci ildə 2.027.000; 1897-ci ildə 2.733.600; və 1914-cü ildə 3.744.600. 1850-ci illərdə quberniya əhalisinin əsas etnik tərkibi əsasən bu formada qruplaşmışdı; ukraynalılar (68–75%), rumınlar (8–11%), ruslar (3–7%), yəhudilər (6%), almanlar (4%), bolqarlar (2%), polyaklar, yunanlarqaraçılar.

1914-cü ildə ukraynalılar əhalinin 53%-ni, ruslar 22%-ni, yəhudilər isə 12%-ni təşkil edirdi. 1850-ci illərə qədər şəhər sakinləri əhalinin 10–20 faizini təşkil edirdi şəhər sakinlərinin xüsusi çəkisi 1897-ci ildə təxminən 30%-ə yüksəldi. Xerson quberniyasının digər quberniyalardan fərqli olaraq mövsümlük işçiləri qəbul etməsi quberniyanın demoqrafik tərkibinin multikulturalist olmasına səbəb olmuşdu. Belə ki, 1897-ci ilin məlumatına əsasən quberniya əhalisinin 46% quberniya sərhədlərindən kənarda anadan olmuş və bu ərazilərə sonradan gəlmiş şəxslərdən ibarət idi.

1897-ci ilin məlumatına əsasən Xerson quberniyasının linqvistik tərkibi[1]
Dil Ana dili Faiz
Ukrainca 1,462,039 53.48
Rusca 575,375 21.05
İvritcə 322,537 11.80
Rumınca 147,218 5.39
Almanca 123,453 4.52
Polyakca 30,894 1.13
Bolqarca 25,685 0.94
Belarusca[2] 22,958 0.84
Yunanca 8,257 0.30
Tatarca 3,152 0.12
Ermənicə 2,070 0.08
Qaraçı 1,671 0.06
Fransızca 1,353 0.05
Çexcə 1,351 0.05
İtalyanca 834 0.03
İsveççə 662 0.02
Latışca 619 0.02
Türkçə 508 0.02
Litvaca 478 0.01
İngiliscə 475 0.01
Estonca 303 0.01
Gürcücə 201 0.01
Mordvaca 170 0.01
Digər dillər 919 0.03
Cəmi 2,733,612 100.00
1897-ci ilin məlumatına əsasən Xerson quberniyasının dini tərkibi[3]
Din Kişi Qadın Hər ikisi
Say Faiz
Şərqi ortodoks 1,123,860 1,067,219 2,191,079 80.15
İudaizm 168,425 171,485 339,910 12.43
Roma-Katolik 53,140 42,087 95,227 3.48
Lüteran 29,229 27,328 56,557 2.07
Qədim inanclar 13,923 14,131 28,054 1.03
Baptist 2,719 2,696 5,415 0.20
Mennonit 2,734 2,652 5,386 0.20
Kalvinist 2,507 2,503 5,010 0.18
Müsəlman 1,964 403 2,367 0.09
Erməni Həvari 1,307 905 2,212 0.08
Kəraim 954 1,054 2,008 0.07
Anqlikan 80 83 163 0.01
Erməni Katolik 59 19 78 0.00
Buddist 13 11 24 0.00
Digər xristian məzhəblər 64 55 119 0.00
Digər qeyri-xristian məzhəblər 3 0 3 0.00
Cəmi 1,400,981 1,332,631 2,733,612 100.00
  1. "Demoscope Weekly – Annex. Statistical indicators reference". www.demoscape.ru. 2023-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-22.
  2. Fortson IV, Benjamin W. Indo-European Language and Culture: An Introduction. John Wiley & Sons. 2011. 429. ISBN 978-1-4443-5968-8. 2023-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-19.
  3. "Демоскоп Weekly - Приложение. Справочник статистических показателей". www.demoscope.ru. 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.