Fatma Həmzə qızı Süleymanova (23 dekabr 1912, Şuşa – 2 dekabr 1978, Bakı) — texnika elmləri doktoru (1964), professor (1967), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970), SSRİ-nin əməkdar ixtiraçısı (1979).
Fatma Süleymanova | |||
---|---|---|---|
Doğum tarixi | |||
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası | ||
Vəfat tarixi | (65 yaşında) | ||
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||
Mükafatları |
|
Leninqrad Avtomobil Yolları İnstitutunu bitirdikdən (1934) sonra Azərbaycan Avtomobil Nəqliyyat Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmışdır. Azərbaycan EA Neft və Kimya Prosesləri (1952–1965) və Aşqarlar Kimyası İnstitutlarında (1965–1970) laboratoriya müdiri, 1970-ci ildən Azərbaycan Politexnik İnstitutunda avtomobil kafedrasının müdiri işləmişdir. Tədqiqatları, əsasən, motor yanacağı və yağlar sahəsinə aiddir. 15 müəlliflik səhadətnaməsi almışdır. "Qırmızı Əmək Bayrağı" və "Şərəf Nişanı" ordenləri ilə təltif edilmişdir.