Fehmi Ağani

Fehmi Ağani (alb. Fehmi Agani) — 1990-cı illərdə Kosovo Demokratik Liqasının görkəmli mütəfəkkiri və siyasi strateqi kimi şöhrət qazanmış kosovalı sosioloq və siyasətçi. O, 1998-ci ildə Kosovo müharibəsi başlamazdan əvvəl onu beynəlxalq danışıqlarda təmsil edib, lakin böyük ehtimala əsasən müharibə zamanı Yuqoslaviya təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Fehmi Ağani
Doğum tarixi 23 yanvar 1932(1932-01-23)
Vəfat tarixi 6 may 1999(1999-05-06) (67 yaşında)
Fəaliyyəti sosioloq, jurnalist, yazıçı, siyasətçi
Fəaliyyət illəri 1967-ci ildən

Fehmi Ağani Cyakovitsada (Yuqoslaviya krallığı) anadan olub və Priştinada məktəbdə təhsil alıb. Belqrad Universitetinin İncəsənət fakültəsinə daxil olub, 1959-cu ildə oranı bitirib və 1964-cü ildə siyasi elmlər üzrə magistr dərəcəsi alıb. Daha sonra Priştinada sosiologiyadan dərs deyir, doktorluq dərəcəsini alır və Priştina Universitetində müəllimlik edir. Ağani həm də 1967-1970-ci illərdə Albanologiya institutunun direktoru, 1978-1980-ci illərdə Fəlsəfə fakültəsinin dekanı vəzifələrində çalışmışdır[1]. Hakimiyyət onu 1981-ci ildə müəllimlik hüququndan məhrum edir və elə həmin il Kosovoda tələbə etirazlarından sonra Kosovo alban alimlərinə qarşı kampaniya çərçivəsində onu universitetdən qovur[2].

Ağani 1994-cü ildə Kosovo Elmlər və İncəsənət Akademiyasının müxbir üzvü seçilir, iki ildən sonra isə həqiqi üzv olur. O, görkəmli mütəfəkkir və siyasi strateq kimi şöhrət qazandığı Kosovo Demokratik Liqasının həmtəsisçisi və rəhbərinin müavini kimi İbrahim Ruqovanın yanında çalışaraq Kosovonun gələcəyi ilə bağlı siyasi müzakirələrdə iştirak edir[3]. Ağani 1998-1999-cu illərdə Kosovo müharibəsinə aparan danışıqlarda, o cümlədən Rambuye konfransında əsas Kosovo danışıqlarında iştirak edən Albaniya nümayəndə heyətlərinə rəhbərlik etmişdir. Qeyri-zorakılıq və barışıq ideyasının əsas tərəfdarlarından biri kimi o, albanlar və serblər arasında dialoqu təşviq etmək üçün Etnik Münasibətlər Forumunu təsis edir[2].

Kosovo müharibəsi və ölümü

[redaktə | mənbəni redaktə et]

Ağani müharibə zamanı Kosovoda qalır və Serb ordusunun Priştinadan tanınmış Kosovo albanlarını ilkin təmizləməsindən xilas olur. NATO 1999-cu ilin martında Yuqoslaviyaya qarşı əməliyyata başlayandan bir neçə gün sonra səhvən onun ölümünü elan edir, lakin o, əslində kitabı yazmaq üçün keçirdiyi beş həftə ərzində təhlükəsiz evlərdə gizlənir. Ağani qatarla Makedoniyaya qaçmağa çalışsa da, sərhəddə saxlanılır. Qatar Priştinaya geri göndərilir və Ağanini Serbiya polisi oradan uzaqlaşdırır[2]. Bir neçə gün sonra onun meyiti Lipyan kəndi yaxınlığında tapılırb. Serbiya mediası onun ölümündə Kosovo Azadlıq Ordusunu, ailəsini və Qərb siyasətçilərini günahlandırıb[4].

  1. Elsie, Robert. Historical Dictionary of Kosovo. Scarecrow Press. 2010. səh. 8. ISBN 978-0-8108-7483-1. 2023-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.
  2. 1 2 3 Orosi, Violeta. "Obituary: Fehmi Agani". The Independent. 18 мая 1999. 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 мая 2021.
  3. Cocozzelli, F.; Chung, Paul S. War and Social Welfare: Reconstruction after Conflict. Palgrave Macmillan US. 2010. səh. 46. ISBN 978-0-230-10494-5. 2021-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.
  4. "Calls for Agani killing probe". BBC News. 9 May 1999. 2003-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 мая 2021.