Arxont (q.yun. ἄρχων — başçı, rəis, hökmdar; başlanğıc, hakimiyyət mənalarını verən ἄρχη sözündən əmələ gəlib) — qədim yunan polislərində (şəhər-dövlət) ən yüksək vəzifəli şəxs. Bizans İmperiyasında bu titulu yüksək vəzifəli ağalar daşıyırdılar.
Arxont sözü çox hallarda slavyan sözü "knyaz" ilə eyni məna verirdi[1].
Konstantinopolun fəthindən sonra arxont titulu Konstantinopol patriarxı tərəfindən xüsusi xidmətlərə görə bəzi pravoslav şəxslərə verilirdi[2].
Ən məşhur arxontlar Afinadandır, orada bu titul hələ Basilevsin dövründə yaranmışdır. Əfsanəyə görə, e.ə. XI əsrdə çar hakimiyyəti ləğv olundu və Kodridlər çar nəslinin nümayəndələri ömürlük arxont oldular. E.ə. VIII əsrin ortalarında Evpatridlər bu vəzifəyə təyin olunmağa başlandılar və arxontun hakimiyyət müddəti 10 ilə qədər azaldıldı, e.ə. VII əsrin birinci yarısından isə 1 ilə qədər.
Birinci arxont eponim (icra başçısı, illəri onun adı ilə adlandırırdılar), ikinci arxont Basilevs (pərəstişliyə nəzarət edirdi) və üçüncü arxont polemarxın (sərkərdə idi) vəzifələri ən qədimlərdən sayılırlar. E.ə. VII əsrin təxminən ortalarında fesmofet adlı məhkəmə funksiyalarını göstərən daha altı arxont vəzifələri əlavə edildi. Bütün doqquz arxontlar ali vəzifəli şəxs kollegiyayasını təşkil edirdilər. Solonun islahatlarından (e.ə. VI əsrdə) sonra arxont vəzifəsinə Pentakosiomedimnlər ali əmlak dərəcəli üzvləri təyin ola bilərdilər, daha sonra ikinci dərəcəli Hippeilər də icazə verildi, e.ə. 457/456-cı ildə üçüncü dərəcəli Zevgitlər də bu haqqı əldə etdilər. E.ə. V əsrdə arxontlar kollegiyası siyasi əhəmiyyətini itirdi və bu əsrin sonunadək ancaq dövlət vəzifələrini yerinə yetirən fəxri orqan statusunda qaldı. Klassik dövrdə arxont seçkiləri püşkatma yolu ilə aparılırdı[3].