Fenilsirkə turşusu

Fenilsirkə turşusu (α- toluol turşusu)- kimyəvi formulu С6H5СH2COOH olan üzvü birləşmədir.

Fenilsirkə turşusu

Ümumi
Kimyəvi formulu С6H5СH2COOH
Molyar kütlə 136,15 q/mol
Fiziki xassələri
Sıxlıq 1,228 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 77—78,5 °S
Qaynama nöqtəsi 265,5 °C (760 мм. civə sütunu.) °S
Təsnifatı
CAS-da qeyd. nöm. 103-82-2
PubChem
ChEBI 30745
ChemSpider

Fiziki xassələr

[redaktə | mənbəni redaktə et]

Fenilsirkə turşusu – parıltılı iynələrə bənzər, bal iyli bir maddədir. Üzvü birləşmələrdə həmçinin dietil efirində və etil spirtində yaxşı həl olunur. Suda pis həl olunur 1,66 q/100 q (20 °C).

Fenilsirkə turşusunun sintezinin əksəriyyəti benzil - hallogenlərdən əmələ gəlir.

  • Fenilsirkə turşusu benzil nitrilin hidrolizi ilə sintez edilə bilər, öz növbəsində benzil bromidin natrium siyanidlə qarşılıqlı təsiri ilə əldə edə bilərik.
  • Fenilsirkə turşusunun ikinci sintez üsulu - benzilxloridin maqniumlaqarşılıqla təsirindən və sonradan alınan Qrinyar reaktivının karbon turşusu ilə reaksiyası nəticəsində alınır
PhCH2Cl + Mg PhCH2MgCl
PhCH2MgCl + CO2 PhCH2COOMgCl
PhCH2COOMgCl + H2O PhCH2COOH + Mg(OH)Cl

Fenilsirkə turşusu və efirləri ətir kompozisiyalarının və qida sirkəsinin hazırlanmasında istifadə olunur Fenilsirkə turşusu amfetaminin sintezində bir başlanğıc maddə kimi istifadə olunur.

Dovşanlar üçün fenilsirkə turşusunun yarım öldürücü dozası 5 q / kq təşkil edir.

  1. Рабинович В. А., Хавин З. Я. Краткий химический справочник. — Л.: Химия, 1977. — 188 с.
  2. Хейфиц Л. А. Фенилуксусная кислота // Химическая энциклопедия: в 5 т / Зефиров Н. С. (гл. ред.). — М.: Большая Российская энциклопедия, 1998. — Т. 5. — С. 68. — 783