Ferdinand (Vizeu hersoqu)

İnfant Ferdinand (port. Infante Fernando) (17 noyabr 143318 noyabr 1470, Setubal[d]) — Portuqaliya kralı I Eduardın oğlu, Portuqaliya infantı.

İnfant Ferdinand
Şəxsi məlumatlar
Doğum tarixi 17 noyabr 1433
Vəfat tarixi 18 noyabr 1470 (37 yaşında)
Vəfat yeri
Fəaliyyəti zabit
Atası I Eduard
Anası Araqonlu Eleonora
Həyat yoldaşı İnfanta Beatris
Uşağı

İnfanta Eleonora

I Manuel
Ailəsi Avis sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ferdinand 1433-cü ildə dünyaya gəldi. Atası Portuqaliya kralı I Eduard, anası isə Araqon kralı I Ferdinandın qızı Araqonlu Eleonoradır. İki dəfə Portuqaliya taxtının vəliəhdi kimi and içdi: ilk dəfə 1438-ci ildə atasının vəfatının ardından taxta çıxan qardaşı V Afonsonun vəliəhdi elan edildi. Ancaq 1451-ci ildə kralın bir oğlu doğuldu və bu ünvanını itirdi. Bununla birlikdə uşaq 1 aylıqkən vəfat etdi və Ferdinand ikinci dəfə vəliəhd elan olundu. Bu dəfə vəliəhdlik dönəmi 1 il oldu çünki ertəsi il 1452-ci ildə kralın bir qızı - Yuanna dünyaya gəldi.

Ünvanını itirən Ferdinand həmin il ölkədən qaçdı. Bəzi rəvayətlərlə görə, o, dayısı olan AraqonNeapol kralı V Alfonsonun cənubi İtaliyaya tərtiblədiyi səfərlərə qatılmışdı. Bunda məqsədi isə övladı olmayan dayısının taxtına sahiblənmək arzusu idi. Buna baxmayaraq qardaşının qaçdığını eşidən kral, dərhal onun tapılıb geri gətirilməsini əmr etdi. Onu ölkədə saxlaya bilmək üçün 1453-cü ildə Beja hersoqu elan edildi. 1460-cı ildə əmisi Henrinin vəfatıyla, onun da ünvanlarını alan Ferdinand BejaVizeu hersoqu oldu.

Nəhayət, şimali Afrikaya tərtiblənən səfərlərə qatılma icazəsi alan Ferdinand 14581468-ci illərdə bölgəyə uğurlu səfərlər təşkil etdi. Ancaq ikinci səfərdən döndükdən sonra vəfat etdi və xanımı tərəfindən təməli qoyulan bir monastırda dəfn olundu.

Ferdinand 1447-ci ildə əmisi qızı olan İnfanta Beatrislə evləndi və cütlüyün bu nigahdan beşi yetkinlik yaşına çatan 9 övladı dünyaya gəldi:

  • de Sousa, Antonio Caetano (1735). Historia genealogica da casa real portugueza [Genealogical History of the Royal House of Portugal] (in Portuguese). Vol. 2. Lisboa Occidental. p. 497
  • Armitage-Smith, Sydney (1905). John of Gaunt: King of Castile and Leon, Duke of Aquitaine and Lancaster, Earl of Derby, Lincoln, and Leicester, Seneschal of England. Charles Scribner's Sons. p. 21
  • ”Nobreza de Portugal e do Brasil" – Vol. I, pages 311 and 312. Published by Zairol Lda., Lisbon 1989.