İnfanta Yuanna

İnfanta Yuanna (port. Infanta Donna Joana) (6 fevral 1452, Lissabon12 may 1490) — Portuqaliya infantası. Atası Aviz sülaləsindən Portuqaliya kralı V Afonso, anası isə Koimbra hersoqu İnfant Pyotrun qızı İzabelladır. 1471-ci ildə atasının olmaması səbəbilə kral naibəsi olaraq krallığı idarə etmişdir.

İnfanta Yuanna
Şəxsi məlumatlar
Doğum tarixi 6 fevral 1452
Doğum yeri
Vəfat tarixi 12 may 1490 (38 yaşında)
Dəfn yeri
Fəaliyyəti siyasətçi, nun[d]
Atası V Afonso
Anası Koimbralı İzabella
Ailəsi Avis sülaləsi
Dini Roma-Katolik kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Donna Yuanna atasının ikinci övladı idi. Ancaq kralın ilk övladı 1 aylıq ikən vəfat etmişdi. Bu səbəblə V Afonsonun ən böyük övladı olaraq, kiçik qardaşı İnfant Conun doğulduğu 1455-ci ildədək taxtın varisi olaraq qaldı. Gənc yaşlarında ikən rahibə olmaq istəsə də, atası tərəfindən icazə verilmədi. 1471-ci ildə çıxılan Tanjer səfəri dönəmində atası tərəfindən kral naibəsi təyin edildi.

Bir neçə evlilik təklifini geri çevirdikdən sonra 1475-ci ildə atasının da icazəsiylə dominikan kilsəsinə qapandı. Belə ki, artıq taxt varisi olan qardaşının övladı olmuş, nəslin davamı təmin edilmişdi. Buna baxmayaraq bir neçə dəfə kilsədən çıxmağa məcbur edilmişdir. Bu müddət ərzində özündən 18 yaş balaca olan Fransa kralı VIII Çarlzın və 1485-ci ildə yenicə dul qalmış İngiltərə kralı III Riçardın evlilik təkliflərini geri çevirdi.

1490-cı ildə vəfat edən Donna Yuanna yaşadığı kilsənin məzarlığına dəfn edildi. 1693-cü ildə Papa XII İnnokent tərəfindən müqəddəs elan edildi.

Həmçinin baxın

[redaktə | mənbəni redaktə et]


Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]