Brno (çex dili: Brno, almanca: Brünn) — Çex Respublikasının ikinci böyük şəhəri. Svitava və Svratka çaylarının birləşdiyi yerdə yerləşir. Cənubi Moraviya diyarının inzibati mərkəzi, keçmiş Böyük Moraviya dövlətinin paytaxtı olub.
Şəhər | |||||
Brno | |||||
---|---|---|---|---|---|
Brno | |||||
|
|||||
49°11′43″ şm. e. 16°36′30″ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1243 | ||||
İlk məlumat | 1091[1] | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 237 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Poçt indeksi | 602 00–664 81[5] | ||||
Nəqliyyat kodu | B | ||||
Digər | |||||
brno.cz | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Brno şəhərinin adı ilk dəfə XI əsrdə rast gəlinir. Şəhərin adının yaranması ilə başğlı bir neçə mülahizə vardır. Birincisinə görə "Brno" sözü - "brniti" - müdafiə, ikinci mənbəyə görə - "təpə", üçüncü mənbəyə görə isə - bu dəyişdirilmiş kelt sözüdür ("Eburodunon" sözündən). 1243-cü ildə Brno azad şəhər statusunu aldı, XIII əsrdə isə Morav krallığının mərkəzi oldu. 1454-cü ildə kral Ladislav Poqrobek şəhərdə yaşayan bütün yəhudiləri qovur. Habsburqlar sülaləsinin Çexiyada hökmdarlığı zamanı, Brno bütün Moraviyanın mədəniyyət mərkəzi hesab edilirdi. Otuz illik müharibə zamanı şəhər iki dəfə İsveç ordusu tərəfindən işğal edilir. 1777-ci ildə Brno yepiskopluq mərkəzinə çevrilir. 1918-ci ildə Çexoslovakiyanın tərkibinə daxil olur, İkinci dünya müharibəsi zamanı güclü dağıntıya məruz qalır (əsasən ingilis-amerikan aviasiyası tərəfindən). Beneş dekretlərindən sonra, şəhərdə yaşayan bir çox almanlar deportasiya olunurlar.
1869—2009-cu illərdə Brnonun əhali sayı:
İl | 1869 | 1880 | 1890 | 1900 | 1910 | 1921 | 1930 |
Əhali | 104 977 | 120 122 | 145 782 | 176 645 | 216 709 | 237 659 | 283 972 |
İl | 1950 | 1961 | 1970 | 1980 | 1991 | 2001[6] | 2009 |
Əhali | 299 099 | 324 173 | 344 218 | 371 463 | 388 296 | 376 172 | 405 405 |
Şəhərdə Turjanı aeroportu (çex. Tuřany) fəaliyyət göstərir. Brno ölkənin əsas avtomagistralların kəsişmə mərkəzidir, yol Praqadan Bratislavaya qədər gedir.
Brnoda bir çox mədəniyyət və memarlıq abidələri vardır. Şəhərin mərkəzi sayılan "Stare mesto"-da qotik Pyotr və Pavel kilsəsi (XIII-XX ə.), müqəddəs Yakub, Tomaş və Yan kilsələri (hamısı XIII-XVII əsrlər), Köhnə və Yeni ratuşa binaları və s. yerləşir
Brnonun qardaş şəhərləri:
Brno şəhərinin şərəfinə asteroidlərdən biri (290) Bruna adlandırılıb.