Ferto-Xanşaq Milli Parkı

Fertö-Xanşaq Milli Parkı (mac. Fertő-Hanság Nemzeti Park) ― Şimal-qərbi Macarıstanda, Dyör-Moşon-Şopron medyesində yerləşən milli park. Milli park 1994-cü ildə açılmışdır və 235,88 km² ərazini əhatə edir. Ferto gölü ətrafındakı parkın ərazisi Avstriyanın Noyzidler-Si Milli Parkına bitişikdir. Göl və ətraf ərazilər UNESCO-nun Ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir.

Ferto-Xanşaq Milli Parkı
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi
  • 237,44 km²[1]
Yaradılma tarixi 1991
Yerləşməsi
47°45′ şm. e. 16°45′ ş. u.HGYO
Ölkə
ferto-hansag.hu
Ferto-Xanşaq Milli Parkı xəritədə
Ferto-Xanşaq Milli Parkı
Ferto-Xanşaq Milli Parkı
Rəsmi adıFertö / Neusiedlersee Cultural Landscape
Tipimədəni
Kriteriya(v)
Tarixi2001
İstinad nöm.772rev
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Parka ziyarət mütəşəkkil bir ekskursiya ilə mümkün olsa da bəzi ərazilər insanlar üçün ümumiyyətlə bağlıdır.

Park iki böyük ərazidən ibarətdir: Ferto gölü və Xanşaq bölgəsi.

Ferto gölü Mərkəzi Avropadakı üçüncü ən böyük göldür və Avrasiyanın böyük kontinental duzlu göllərinin ən qərbdə yerləşənidir. Az su həcmi və hakim külək səbəbiylə gölün ölçüsü və forması tez-tez dəyişir. Gölün sahəsi təxminən 315 km², orta dərinliyi isə bir metrdir. Ferto gölünün sərhinin 88%-i qamışla örtülüb və buradan qayıqlar üçün xüsusi keçidlər açılmışdır.

Bölgə iri ağ vağ, kürən vağ, ərsindimdikboz qaz kimi müxtəlif növ quşlara ev sahibliyi edir. Miqrasiya mövsümündə ərazidə tənbəlcüllütlər ailəsinin növlərinə də rast gəlinir. Nadir quşlara qırmızıdöş qaz, ağquyruq qartaltarla belibağlısı daxildir. Göldə ilişgən, adi durnabalığıqılıncbalıq kimi balıqlar yaşayır.

Xanşaq Ferto gölünün cənub-şərqində bataqlıq ərazidir. Ərazi torf gölləri və alçaq bataqlıqlar ilə xarakterizə edilir. Bölgə vaxtaşırı su ilə örtülür və çoxsaylı adacıqlar əmələ gətirir.

Xanşaqın flora və faunası olduqca müxtəlifdir və yüksək səviyyədə qorunub saxlanılır. Bölgənin meşələrində çox sayda su quşu, maralqaban yaşayır.

Xanşaq bölgəsi boyunca bir neçə tədqiqat zolağı salınmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]