Ferula caucasica

Qafqaz ilankölgəsi (lat. Ferula caucasica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, prioritet növüdür. Regional IUCN Statusu: VU D2.

Qafqaz ilankölgəsi
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Ferula caucasica

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir, gövdənin boyu 50 sm-dir. Kökətrafı yarpaqları enli-rombvaridir, üçərbölümlüdür, son ayaları bölünmüş iti dişciklidir, uzunluğu 2 sm-dir. Ləçəkləri sarı, uzunsov-yumurtavaridir, çılpaqdır, uzunluğu 2,5 mm-ə yaxındır. Kənarları qanadlı olan meyvələri nisbətən nazikdir. Mərkəzi çətir qısasaplaqlı, 4-9 şüalıdır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə və meyvəvermə may ayında olur. Kserofit bitkidir, aşağı dağ qurşaqlarında, quru dərələrdə bitir. Kərəvüzkimilərin Ferula caspica, Bupleurum exaltatum, Daucus carota, Scandix pecten-veneris, Astrodaucus orientalis növləri ilə birgə assosiasiyada qeydə alınmışdır.

Bozqır yaylasında yayılmışdır. (Ağdaş rayonu), Kiçik Qafqazın şimal hissəsi (Samux rayonuBozdağ silsiləsi), Kür-Araz ovalığı (Qobustan qayaları).

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın məhdud sahələrdə yayılması və mənfi təsirlərə məruz qalması azalma tendensiyasını sürətləndirir. 

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Antropogen amillər və iqlimdir. 

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Populyasiyaları təhlükə altında olduğundan qorunması vacibdir.