Ferula persica

İran ilankölgəsi (lat. Ferula persica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c; B1ab (iii). Azərbaycanın nadir növüdür.<ref>

İran ilankölgəsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik bitkidir. Yarpaqları tez quruyan, bozumtul, hər iki tərəfədən qısa tüklü, kökətrafı yarpaqları qısa, yoğunsaplaqlı, enli romb şəklində, üçər, üçqat lələkvari yarılmışdır. Gövdə yarpaqları çox kiçilmiş, enli şişkin, qınlıdır. Çətirləri çoxçiçəklidir, mərkəzdəkilər oturaq, 12 -20 şüalıdır, yan tərəfdəkilər uzun, yoğun ayaqlardadır. Meyvə uzunsov ellipsvaridir, 11-14 mm uzunluğunda, 7-9 mm enindədir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləməsi aprel-may, meyvə əmələgəlmə iyun aylarına təsadüf edir. Kserofitdir. Toxumla çoxalır. Aranda aşağı dağ qurşağına kimi quru, daşlı və gilli yamaclarda Artemisia fragrans+Pimpinella peregrina+Anthemis candidissima bitkilərindən təşkil olunmuş assosiasiyada komponent kimi iştirak edir. Dərman bitkisidir.

Abşeron yarımadası, Qobustan (Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun ərazisi), Naxçıvan düzənliyi (Culfa rayonu — Darıdağ, Şərur rayonu — Ardıcdağ və Noxuddağ, Babək rayonu — Duzdağ).

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Antropogen amillər populyasiyanın azalmasını sürətləndirir, tədricən 30% azalmaqdadır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Mal-qara tərəfindən tapdalanma olur.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Yayılma yerlərində antropogen təsiri azaltmaq, yasaqlıqların yaradılması, toxum bankında toxumlarının saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.