Soviç ilankölgəsi (lat. Ferula szowitziana) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1abc (ii,iii,iv). Azərbaycanın nadir növüdür.
Soviç ilankölgəsi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Soviç ilankölgəsi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Çoxillik bitkidir.Bitkinin hündürlüyü 50 sm-dir. Kökətrafı yarpaqları üçküncdür, üçər bölümlüdür, son ayları lansetvari və ya ovalvaridir, 15 mm uzunluğundadır. Ləçəkləri uzunsovdur, kənardakılar tükcüklüdür, uzunluğu 1,5 mm-dir. Meyvələrinin kənarları enli qanadlıdır, diametri yarımmeyvə ilə bərabərdir.
Çiçəkləmə may-iyun, meyvəvermə iyul ayına təsadüf edir. Aşağı dağ qurşaqlarında, gilli-gipisli və quru, daşlı dərələrdə rast gəlinir.
Naxçıvanın dağlıq hissəsində yayılmışdır (Duzdağ ərazisi; Sədərək rayonu — Vəlidağ, Şərur rayonu — Ardıcdağ; Culfa rayonu — Dərəşam ərazisi).
Populyasiya məhdud ərazilərdə və azsaylı olduğu üçün ehtiyatı azdır.
Antropogen iqlim amillərinin məhdudlaşdırıcı təsiri.
Populyasiya təhlükə altında olduğundan qorunması vacibdir. Yayıldığı mühitə uyğun geniş ərazilərdə reintroduksiya edilməlidir.